Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıt Arxitektura İdarəsi rəisinin 10 minlik “raconu“

Sumqayıt Arxitektura İdarəsi rəisinin 10 minlik “raconu“


10-02-2014, 13:37
Sumqayıt Arxitektura İdarəsi rəisinin 10 minlik “raconu“
Sumqayıt şəhər Arxitektura İdarəsinin rəisi yeni həyət evi tikən insanlardan 8000, 10000 manat pul alır; İcra başçısı isə Zərifə Əliyeva parkı tikmək adı ilə binalarının yanında olan bağ yerlərini satır...

Məlumatda bildirir ki, Sumqayıtda Yaşıl Dərə adlanan yerlərə yaxın olan ərazilərdə yeməyindən, içməyindən, geyimindən kəsib həyət evi tikmək istəyən şəxslərə Sumqayıt şəhər arxitekturası vəzifəsindən sui-istifadə edərək deyir ki, evin sənədləşdirməsi üçün 10 000 manat pul verməlisən. Əhali bu idarədən və idarə adı ilə gələn şəxslərdən bu pulu nə üçün aldıqlarını soruşanda bildirirlər ki, evin sənədləşmə qiyməti belədir.

Məlumatda göstərilir ki, imkanı olan 10000 manat verib canını qurtarır. Amma digərləri isə bunu rüşvət hesab edir və bu pulu verməyə imkanlarının olmadığını bildirirlər. Belə olduğu halda isə evlərini sənədləşdirə bilmirlər. Digər tərəfdən isə, bildirilir ki, Sumqayıt Şəhər İşıq idarəsi əhaliyə divan tutur. Xüsusi ilə qaçqın rayonlarından olan insanların işıqlarını söndürür və onların borclu olduqlarını bildirirlər. Halbuki hər il qaçqınlar müəyyən güzəştlərlə öz borclarını ödəyirlər. Buna baxmayaraq işıq idarəsi camaata zülm edir.

Verilən digər məlumatda bildirilir ki, Sumqayıt şəhər icra hakimi isə Zərifə Əliyeva adına park tikəcəyi ilə bağlı camaata söz verib. Buna görədə əhalinin günü qara olub. Çünki icra başçısı Eldar Əzizov sakinlərin həmin ərazidə binalarının yanında olan bağlarını sökdürüb. Sakinlərə heç bir manat isə təzminat ödənilməyib. Camaat da buna görə sevinib ki, evlərinin ətrafı park olacaq. Amma sevincləri gözlərində qalıb.

Belə ki, məlumata əsasən Eldar Əzizov camaatın bağ yerlərini satışa çıxarıb... İndi həmin bağ yerlərində Zərifə Əliyeva parkı əvəzinə moyka, qaraj tikilir. İcra hakimi isə narazılığa cavab olaraq bildirir ki, bizə belə tapşırılıb. Bununla da şəhər sakinləri problemlərini necə həll edəcəklərində aciz qalıblar.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.../pia.az/

Geri qayıt