Əsas Səhifə > Güney Press / Manşet > Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA...

Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA...


27-07-2023, 15:44
Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA...
Bir neçə gün əvvəl Penitensiar Xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov cəzaçəkmə müəssisələrində məhbuslarla görüşə gələn yaxınlarından qeyri-leqal tələb olunan pulu qadağan edib.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətdən bildirilib.

Qeyd edək ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində məhbuslarla görüş üçün 30-50 manat arasında rüşvət tələb olunurdu.

Penitensiar Xidmət rəisinin bu qadağasının nə zamana kimi davam edəcəyini isə zaman göstərəcək.

Geri qayıt