Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçılarının maliyyə fırıldaqları

İcra başçılarının maliyyə fırıldaqları


8-02-2014, 11:45
İcra başçılarının maliyyə fırıldaqları
Ötən il olduğu kimi, bu il də Azərbaycan uğurlu sosial-iqtisadi inkişafını davam etdirir və beynəlxalq imicinin möhkəmləndirir. Qeyd edək ki, 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun təxminən 6, qeyri-neft sektorunun 9,8, əhalinin pul gəlirləri 8 faiz artıb və inflyasiya 2,4 faiz təşkil edib. Ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb və işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil edib. Azərbaycanın xarici dövlət borcu Ümumi Daxili Məhsula nisbətdə cəmi 8 faiz təşkil edir və bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bunlar hökumətin həyata keçirdiyi sosial, iqtisadi, humanitar siyasətin tərkib hissəsi, onun məntiqəuyğun nəticəsidir.

Biz hələ hər il dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan rayonlara ayrılan milyonlarla manat vəsaiti demirik. Məsələ burasındadır ki, bu gün ayrı-ayrı rayonların ayaqda qalması, inkişaf etməsi həm dövlət büdcəsindən, həm də Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərlə mümkün olur. Halbuki bu, təkcə büdcə vəsaitləri ilə yox, həm də rayonların özlərinin daxili imkanları hesabına əldə edilməlidir. Məsələn, respublikamızda balıqçılıq sənayesinin inkişafı ilə fərqlənən Neftçala, aqrar sahə, xüsusən kartofçuluq üzrə məşğul olan Ağstafa, eləcə də Ucar, Göyçay, Zərdab, İmişli, habelə digər rayonlar özlərinin daxili imkanları ilə inkişaf etməlidirlər. Amma təəssüf ki, bir çox hallarda bunun şahidi olmuruq.

Əksinə, bəzi rayonların icra başçıları ayrı-ayrı imkanlı şəxslərin, Rusiyada, Türkiyədə, eləcə də digər ölkələrdə biznes əlaqələri quran iş adamlarının maddi imkanlarından istifadə edir, onlardan В«haqqВ» alır, rayonlarda həyata keçirilən təmir-tikinti, abadlıq və quruculuq işlərinin maddi ağırlığını biznesmenlərə yükləyirlər. Bölgələrdən redaksiyamıza edilən çoxsaylı şikayətlər də göstərir ki, icra başçıları rayonlardakı parkların, əyləncə-istirahət məkanlarının, hətta ayrı-ayrı məktəblərin, muzeylərin, xəstəxanaların abadlaşdırılmasını, əsaslı şəkildə təmir olunmasını, hətta tikilməsini həmin rayonların imkanlı şəxslərinə tapşırırlar.

Bu məqsədlə büdcədən ayrılan yüz minlərlə vəsait isə bir sıra icra orqanları rəhbərlərinin ciblərinə gedir. Təəssüf ki, bu prosesdə bəzi polis rəisləri də müəyyən rol oynayır. Şirvan zonasındakı rayonlardan birindən bu günlərdə qəzetimizə daxil olan maraqlı məlumatda burada vəziyyətin daha acınacaqlı olduğu deyilir. Belə ki, Yeni il münasibətilə rayona gəlmiş rusiyalı iş adamına rayondakı parkı abadlaşdırmaq tapşırılıb. Halbuki bu məqsədlə rayona büdcədən 32 min manat pul ayrılıb. İş adamı buna etiraz edib. Bundan 10 gün sonra Rusiyadan gəlmiş biznesmenin 23-24 yaşlı oğlunun cibindən В«narkotikВ» maddə В«tapılıbВ». Halbuki həmin şəxsin nəinki narkotik maddələrlə, heç alkoqollu içkilərlə də əlaqəsit yoxdur. Bütün bunlar onu göstərir ki, ücqarlarda bəzi məmurlar büdcəni çapıb-talan edir, rayonun sosial problemlərini ayrı-ayrı iş adamlarına həll etdirərək, bütün В«təmir-tikintiВ», В«abadlıq-quruculuqВ» işlərini öz adlarına çıxırlar.
\\ gundelik-baku.com \\
Geri qayıt