Əsas Səhifə > Güney Press / Manşet > İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR?
İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR?20-07-2023, 14:28 |
|
DİA.AZ: - "“İnvest Construction MMC” adlı tikinti şirkəti Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binanı sökür. Allah xeyir versin, köhnə binalar yeniləri əvəzlənməlidir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Niyaz Niftiyev çıxış edib. Jurnalist amma bu işin problemli tərəfini qabardıb: "Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmir. Şirkət buna məhəl qoymur və insanlar yaşadıqları halda binanı sökür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, “İnvest Construction MMC”-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib. Belə olan halda bu insanların narazı qalmasına dövlətin hüquq sistemi niyə biganə yanaşır. Eyni proses Binəqədidə 5 il əvvəl yataqxananı söküb sakinləri aldadan şirkətlə də baş verib. Adamlar evlərini ala bilmir, baxmayaraq ki, bina hazırdı, vurhay satırlar, əsl sahiblərinə - sokdukləri yataqxanadan çıxarılanlara deyiblər ki, gedin hara istəyirsiniz şikayət edin. Pulunuzu yalnız hissə-hissə verə bilərik. "Gedin hara istəyirsiniz şikayət edin" ifadəsi yaxşı səslənmir. Bu hərc-mərcliyin göstəricisi, daxili idarəçilikdə sistem xətasıdır. Bu vərdişə çevrilsə vəziyyətimiz heç də yaxşı olmayacaq". Məsələ diqqətimizdədir, diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |