Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda görünməmiş vəhşilik

Sumqayıtda görünməmiş vəhşilik


7-02-2014, 15:25
Sumqayıtda görünməmiş vəhşilik
Sumqayıtda dəhşətli qətl törədilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Geri qayıt