Əsas Səhifə > Güney Press / Ana xəbər > Şamaxının icra başçısı Şəhidlər Xiyabanını satmaq fikrindən daşındı

Şamaxının icra başçısı Şəhidlər Xiyabanını satmaq fikrindən daşındı


7-02-2014, 15:22
Şamaxının icra başçısı Şəhidlər Xiyabanını satmaq fikrindən daşındı
Ötən günlərdə xəbər vermişdik ki, Şamaxıda Şəhidlər Xiyabanı baxımsız qalmaqla yanaşı, həm də başqa əraziyə köçürülə bilər. JAM.AZ-a verilən məlumatda qeyd olunurdu ki, Xiyabanın başqa əraziyə köçürülməsinin səbəbi isə oranın В«Gilan HoldinqВ» şirkətinə satılmasıdır.

Rayon sakinlərinin bildirdiyinə görə, Şamaxının icra başçısı Asif Ağayev В«Gilan HoldinqВ»lə anlaşaraq, Şəhidlər Xiyabanının ərazisini onlara hotel tikmək üçün satıb. Amma bu məsələnin üzər açılan kimi, Şamaxıda vəziyyət pisləşməyə başlayıb. İş o həddə çatıb ki, rayonun bir qrup sakini İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, orada aksiya keçirməcəyini bəyan edib. Hətta bu məsələ ilə əlaqədar özlərini yandırmaq istəyəndə olanların da varlığı verilən məlumatlar sırasındaydı.

Dünən isə məlum olub ki, Şamaxa rayon İcra Hakimiyyəti baş verənlərin heç də onlar üçün yaxşı nəticə verməyəcəyini bildiklərindən geri addım atmalı olublar. JAM.A-a Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İdarəsindən göndərilən açıqlamada bildirilir ki, məsələ ilə bağlı vəziyyət tamam başqadır. В«Məlumat üçün bildirək ki, 2011-ci ilin mart-aprel aylarında intensiv yağan yağışlar nəticəsində rayonun bir çox ərazilərində, o cümlədən, Şəhidlər Xiyabanında torpaq sürüşməsi baş verib. Xiyabanda qəbir daşlarına və əraziyə ciddi ziyan dəyib. Bununla bağlı tərəfimizdən Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliklərin mütəxəssisləri Xiyabana baxış keçirərək müvafiq qaydada akt tərtib olunub və sənədlər hazırlanıb. Şəhid ailələri rayon İcra Hakimiyyətinə dəvət olunub və onlarla məsləhətləşmələrdən sonra Xiyabanın əsaslı təmirinə qərar verilibВ».

Şamaxının baş memar əvəzi Sarvan İsmayılovun bildirdiyinə görə, ilk olaraq Xiyabanın yuxarı hissəsində drenaj edilərək, qrunt sularının ərazidən kənara ötürülməsi işləri görüləcək və ardından əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. В«İşlərə artıq başlanılıb, lakin hava şəraiti ilə əlaqədar işlər müvəqqəti dayandırılıb. Qısa vaxt ərzındə işlər yerinə yetirilərək Şəhidlər Xiyabanı ziyarətçilərin istifadəsinə veriləcəkВ».

Geri qayıt