Əsas Səhifə > Güney Press / Manşet > "Ali Attestasiya Komissiyası kimə gəldi “alimlik“ dərəcəsi verir"
"Ali Attestasiya Komissiyası kimə gəldi “alimlik“ dərəcəsi verir"19-07-2023, 16:02 |
|
DİA.AZ: - Milli Məclisin sabiq deputatı Musa Musayev Ali Attestasiya Komissiyası haqqında sensasion fikirlər səsləndirib. DİA.AZ sabiq deputatın fikirlərini təqdim edir: “Son illər Ali Attestasiya Komissiyası kimə gəldi “alimlik “ dərəcəsi verir. Bu komissiya marketə bənzəyir. Adam xəcalət çəkir , vallah ayıbdır. Nəhayət, “məsul “ şəxslərdən birini həbs etdilər. Alimin bir yeniliyi olar, kəşfi olar, yoxsa plagiat ordan-burdan köçürüb “ doktor “ olurlar. Ad-soyadını tərcümeyi-halını yaza bilməyənlər , ilk təhsili texnikom , tanınmayan universitet qurtaranlar alim olur. Hətta belələri elmlər doktoru , professor olur. Bu bazarı yığışdırın, ayıbdır”. Geri qayıt |