Əsas Səhifə > Güney Press / Manşet > Əhəd Abıyev getdi: İş yaşda deyil...

Əhəd Abıyev getdi: İş yaşda deyil...


18-07-2023, 16:15
Əhəd Abıyev getdi: İş yaşda deyil...
DİA.AZ: - Əksər saytlarımız belə bir balıq qoyub: "Əhəd Abıyev: Aran rayonlarında işləyə bilərəm"... Əslində bu başlıq illərdir ki, Əhəd Abıyevin arzusu idi. Və illər ərzində olmayan arzu başçı postundan alınmış Əhəd Abıyev üçün heç də əlçatan deyil.

DİA.AZ bildirir ki, Əhəd Abıyev hələ vəzifəyə, yəni Daşkəsən RİH başçıs postuna yeni təyin olunduğu dönəmdə hazırda alındığı görəvi etirazla qəbul etmişdi. Özü belə aşkar şəkildə hər yerdə deyirdi ki, başçısı olduğu Daşkəsəndə qala bilmir. Ona görə də iki gündən bir Bakıda idi...

İndi isə onu birdəfəlik olaraq Bakıya təhkim etdilər...

Özü hansı postda görürdü özünü?

Bu da maraqlıdır. DİA.AZ olaraq bu məsələdən də xəbərdarıq və bir zamanlar özünü Yasamalın RİH başçısı postunda görən Əhəd Abıyev sonradan Səbayelin rəhbərləyinə də razı idi və bununla bağlı himayədarı Bəylər Eyyubova güvənirdi də... Amma olmadı...

Görünəni də odur ki, alınmadı.. Əhəd Abıyev birdəfəlik olaraq at belindən düşürüldü. Təkcə omu?

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, eyni zamanda Bəylər Əyyubova yaxın digər iiri ranqlı məmurlar da görəvlərindən alınacaq: "Bu, başlanğıcdır... Brüselldə İlham Əliyevə sığınan Bəylər Əyyubov artıq kimsəni qurtaracaq gücdə deyil. Öz canını qurtarsa... bu böyük işdir...."

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt