Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun təyin etdiyi kadr Sabirabadda narazılıq yaradıb

Səlim Müslümovun təyin etdiyi kadr Sabirabadda narazılıq yaradıb


6-02-2014, 19:01
Səlim Müslümovun təyin etdiyi kadr Sabirabadda narazılıq yaradıb
Respublikada baş tutan kadr islahatları bir daha əyani sübutdur ki, əyalətlərdə yeyintilər mövcuddur. Ölkə başçısı dəfələrlə televiziya ekranlarında məmurlara səslənərkən bildirdi ki, xalqın xidmətçisi olun və ölkə əhalisinə qayğı göstərin. Amma bir çox özünü bəyənmiş məmurlar ölkə başçısının dediklərini qulaqardına vuraraq öz çirkin əməllərinə davam edirlər. Düşünmürlər ki, ölkə mətbuatında yazılan tənqidi yazılardan bir nəticə çıxarmaq lazımdır. Belə ki, Sabirabad rayon ƏSMM-nin müdiri Xaliq Məmmədov bu posta təyin olunanda rayon əhalisinə təmənnasız xidmət edəcəyinə nazirlik qarşısında söz vermişdi.

Amma soz zamanlar Sabirabad rayonundan gələn şikayət məktubları bunların əksini göstərir. Redaksiyamıza müraciət edən Narlıq və Ulacalı kənd sakinləri Qəhramanova Gülnar, Ağayev Polad, Şükürov Əlibarat, Şükürov Əlişiraz bildirirlər ki, rayonda ünvanlı sosial yardım təyinatı üzrə verilmir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, idarənin rəhbəri imkanlı şəxslərə yardımin verilməsinə göstəriş verir, lakin yardıma ehtiyyacı olan ailələr bir kənarda qalır. Bu bir qanunsuzluqdur və rayon əhalisinə hörmətsizlidir. Yardıma ehtiyyacı olan ailələr imkanlı şəxslərin ucbatından sənədləri qeydiyyata alınmır və müəyyən bəhanələrlə yardımdan məhrum edilir. Bununla yanaşı rayondan daxil olan məlumatda qeyd olunur ki, Xaliq Məmmədov artıq bir siyasətə əl atıb. Belə ki, yardım almaq istəyən ailələr ilk öncədən 600 (AZN) manat idarənin müdirinə verməlidir və sonra isə sənədi qeydiyyatdan keçməlidir. Əgər deyilən məbləğ ödənilməzsə sənəd qeydiyyata alına bilməz.

Bolgexeber.com-a danışan şikayətçilərin sözlərinə görə, Xaliq Məmmədov uzun müddət Ulacalı kəndində sovet dövründə Əli Babayev adına kolxozun mühasibi işləyib, atası isə Əlioğlan Məmmədov isə adı çəkilən kolxozun rəhbərlərindən biri olub. Xaliq Məəmədov həmin dövrlərdən yığdığı pullarla özünə biznes qurub. Kolxoz dağılandan sonra ticarətlə məşğul olan Xaliq Məmmədov pul yığmağın incəliklərinə yiyələnərək, ƏSMM-nin Sabirabad rayon şöbəsinə müavin vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, ƏSMM-nin rəhbəri və əməkdaşları yeyinti faktlarına görə, tutduqları vəzifədən azad olunmaqla yanaşı həbs olundular.

Nədənsə Xaliq Məmmədov sudan quru çıxmağı başara bildi. Bundan başqa qeyd edək ki, Xaliq Məmmədovun bu vəzifəyə gəlməsində onun qohumları və Sabirabadda kifayət qədər tanınmış, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun və Rasim Gözəlovun böyük əməyi olub.
Redaksiyamıza şikayət edən şəxslər bildirirlər ki, artıq bu süründürməçiliklə bağlı nazir Səlim Müslümova müraciət edəcəklər. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. Bizi izləyin...

Geri qayıt