Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramiz Mehdiyev "Facebook"da status yazdı və razılıq etdi

Ramiz Mehdiyev "Facebook"da status yazdı və razılıq etdi


5-02-2014, 16:24
Ramiz Mehdiyev "Facebook"da status yazdı və razılıq etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sosial şəbəkə haqda münasibət bildirib.

R.Mehdiyevin adından dünən yaradılan rəsmi səhifədə məlumat yayılıb: “Şərhlərdən görünür ki, facebook səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Bu, bir daha təsdiq edir ki, azad internetin mövcud olduğu Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğunda böyük məsafə qət edib”.

R.Mehdiyevin son status isə Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans haqqındadır:

“Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bugünü və gələcək inkişafına həsr olunmuşdu. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”.

Geri qayıt