Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramiz Mehdiyevin "Facebook"dakı səhifəsi sürətlə populyarlaşır
Ramiz Mehdiyevin "Facebook"dakı səhifəsi sürətlə populyarlaşır5-02-2014, 11:47 |
|
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin facebook sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb. Hafta.az-ın verdiyi xəbərə görə, səhifə fevralın 4-də, facebook-un 10 illik yubileyi günü qeydiyyatdan keçirilib. Səhifədə ilk olaraq R.Mehdiyevin müraciəti yerləşdirilib: “Hörmətli facebook istifadəçiləri! İnformasiya kommunikasiya texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb, bəşəriyyətin virtual portretini, yeni fəlsəfəni formalaşdırır. Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla, qarşılıqlı münasibətlərdə yeni platforma yaradır. Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaqdır. Elektron və mobil hökumət, kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət qurarkən cənab prezident İlham Əliyev Azərbaycan elminə, gənclərimizin böyük potensialına arxalanır. Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam”. Səhifə 22 saatdır aktivdir və 4200 istifadəçi onu izləyir. Ölkənin müxalif, həm də iqtidaryönlü ictimai xadimləri və adi vətəndaşlar səhifədə aktivdir. Hər bir paylaşıma müxalifətdən ciddi reaksiya hiss olunur. Geri qayıt |