Əsas Səhifə > Güney Press / Ana xəbər > Vəkillər Kollegiyasından Kərəm Həsənova şikayət olundu

Vəkillər Kollegiyasından Kərəm Həsənova şikayət olundu


5-02-2014, 11:37
Vəkillər Kollegiyasından Kərəm Həsənova şikayət olundu
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ünvanına şikayət məktubu hazırlayır. Femida.az-ın məlumatına görə, VK rəhbərliyi məktubda Kərəm Həsənova Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Dövlət Reyestr Xidməti və həmin Xidmətin Bakı Şəhər Ərazi İdarəsindən şikayət edəcək.
Belə ki, Vəkillər Kollegiyasının üzvləri Dövlət Reyestr Xidməti, əsasən də həmin Xidmətin Bakı Şəhər Ərazi İdarəsinə sorğu verərkən onların sorğuları cavablandırılımır. Daha doğrusu, vəkillərə göndərilən cavab məktubunda məhkəməyə müraciət etmək məsləhət görülür. Bu hal isə kütləvi şəkildə qeydə alındığından, VK rəhbərliyi K.Həsənova müraciət ünvanlamaq qərarına gəlib.

K.Həsənova göndəriləcək məktubda vəkil sorğuları və onlara verilən cavab məktubları da yer alacaq.

Qeyd edək ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququna malikdir. Belə ki, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında 30 sentyabr 2013-cü il tarixli, 753-İVQD в„–-li Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilib. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qauna əsasən, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq hüququ var.

Geri qayıt