Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağdaş sakinləri qazsızlıqdan donmağa başlayıb
Ağdaş sakinləri qazsızlıqdan donmağa başlayıb4-02-2014, 17:34 |
|
Ağdaş Rayonunda sakinlər mavi qazın verilməsi ilə bağlı ciddi problemlər var. Bu barədə FaktXeber.com-a Ağdaş sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, rayonda qaz həddən artıq zəifdir: “Şam işığı qazdan daha güclüdür. Nə yeməyimiz bişir, nə də ki, evimiz qızır. Havaların son günlər soyuması isə problemimizi daha da gücləndirib. Artıq evdə donuruq. Saat 2-dən 6-ya qədər isə tamamilə azaldırlar. Hətta bəzi vaxtlar isə qaz tamamilə olmur. Azərbaycan özü xaricə qaz satır, amma Ağdaş rayonunda qaz yoxdur. Yalandan bəhanə edirlər ki, guya xətlərdə problem var. Amma özlərinə qaz lazım olanda xətdə problem olmur və qazı artırırlar. Geri qayıt |