Əsas Səhifə > Güney Press / Manşet > Qışın sərt üzü Eldar Əzizovun üzünə gülmədi - Onun gedişinə qərar verildi

Qışın sərt üzü Eldar Əzizovun üzünə gülmədi - Onun gedişinə qərar verildi


4-02-2014, 17:28
Qışın sərt üzü Eldar Əzizovun üzünə gülmədi - Onun gedişinə qərar verildi
DİA.AZ: - Son günlər ciddi şəkildə tənqid hədəfinə çevrilən Sumqayıtın icra başçısı Eldar Əzizov etdiklərinin, daha doğrusu etməli olduqlarını etməməsi səbəbindən hədəfə çevrilib. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, qarlı qış günlərində sosial narazılıqların artıdığı Sumqayıtda əlavə gərginlik yaradan və eyni zamanda şikayətlərə rəğmən heç bir tədbir görməyən Eldar Əzizovdan В«yuxarılarВ» hesabat istəyib:

В«Eldar Əzizov təcili şəkildə tədbirləri görəcəyini vəd etsə də, hələ də Sumqayıtda problemlər qalır. Əslində icra başçısı hətta tədbir görsəydi də, nəyisə dəyişməyəcəkdi. Çünki artıq onun gedişilə bağlı qərar verilibВ».

Bildirək ki, son bir neçə gündə yerli telekanallar da Sumqayıtdakı böhranlı durumla əlaqədar həyəcan təbili çalırlar. Hətta bu istiqamətdə daha sərt mövqe tutan ANS-in efirində Eldar Əzizov açıq şəkildə hədəfə çevrilib və ağır ifadələrlə ittiham olunmaqdadır.

Geri qayıt