Əsas Səhifə > Güney Press / Ana xəbər > Çernobıl əlili Prezidentə müraciət edib

Çernobıl əlili Prezidentə müraciət edib


4-02-2014, 16:58
Çernobıl əlili Prezidentə müraciət edib
Salyan rayonunun Cəngən kəndində yaşayan Hüseynov Gülağa Gülhüseyn oğlu 10 il əvvəl müraciət etməyinə baxmayaraq, hələ də dövlət hesabına minik avtomobili ilə təmin olunmamasından ölkə başçısına şikayət edib.

Müraciətinin surətini infom.az-a göndərən 56 yaşlı, 4 övlad atası olan əlil bildirir ki, Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırarkən kəskin şüalanmaya məruz qalıb, daşıyıcısı olduğu xəstəlik ucbatından ilk övladı 6 yaşında vəfat edib, sonradan doğulan 4 uşağın da səhhətində ciddi problemlər var.

“Sizin qayğınız sayəsində Çernobıl əlillərinə hər cür köməklik göstərilsə də, mən imtiyazlı şəxs kimi dövlət hesabına minik avtomobili ilə təmin olunmamışam. Sizdən xahiş edirəm mənə də əlil avtomobili verilməsinə köməklik edəsiniz”- prezident İlham Əliyevə ünvanlanan müraciətdə belə yazılıb.

Geri qayıt