Əsas Səhifə > Güney Press / Ana xəbər > Arif Əsgərovun departament rəisindən prezidentə şikayət
Arif Əsgərovun departament rəisindən prezidentə şikayət4-02-2014, 13:41 |
![]() "Azərbaycan Dəmir Yolları" QSC-nin Texniki qurğularının Təmir Tikinti Departamentinin rəisi Çingiz Məmmədovla bağlı daha bir iddia ortaya çıxıb Belə ki, vətəndaş Qocayev Hökmran Tapdıq oğlu Çingiz Məmmədovun onu aldatdığını iddia edib. O, Qaynar.info-nun elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin iki məsul şəxsi - Çingiz Məmmədov və departamentin mühasibi Əhməd Əhmədov qurumun tikinti işlərindən çalışdığı üçün ona çatacaq 1915 manat əməkhaqqını verməkdən imtina ediblər. Bu günədək get-gələ salınan sahibkar ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Sahibkarın ünvanladığı şikayət məktubunda bildirilir: "Mən, Qocayev Hökmran Tapdıq oğlu Azərbaycan Dəmir Yollarının və Texniki qurğularının Təmir Tikinti Departamentinin rəisi Məmmədov Çingiz Əjdər oğlu və özünü həmin departamentin mühasibi kimi təqdim etmiş Əhmədov Əhməd tərəfindən fərdi razılaşma yolu ilə fiziki şəxs qismində Böyük-Kəsik sərhəd keçid məntəqəsinin mehmanxanasını, Göygöl Gənclər evini, Gəncə şəhər Poçt qəsəbəsində yerləşən işçi həyəti (delovoy dvor) kimi tanınan obyektlərdə plastik qapı və pəncərələrin quraşdırılmasında işləmişəm. Lakin ümumilikdə 1915 manat əməkhaqqımı ala bilmirəm. Müxtəlif bəhanələrlə bir ildən artıqdır ki, pulun ödənilməsini gecikdirirlər. Dəfələrlə həmin departamentin rəisinə (M.Cingiz Əjdər oğluna və Ə.Əhmədova) müraciət etsəm də, boş vədlərlə üzləşmişəm. Cənab Prezidentin gənc sahibkarlara xüsusi şəraitin yaradılması barədə verdiyi gostəriş və tapşırıqlar belə çıxır ki, bu şəxslərin vecinə deyil!" Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |