Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcər təhsil şöbəsinin müdirinə qarşı cinayət işi açıla bilər

Kəlbəcər təhsil şöbəsinin müdirinə qarşı cinayət işi açıla bilər


4-02-2014, 11:55
Kəlbəcər təhsil şöbəsinin müdirinə qarşı cinayət işi açıla bilər
Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovla bağlı yeni məlumatlar ortaya çıxıb. Bir müddət əvvəl adı heç də xoşagəlməz olaylarda hallanan sözügedən şəxs onları özünə qarşı təxribat kimi qiymətləndirmişdi.

Tia.az xəbər verir ki, şöbə müdiri bu şəkildə davam edərsə, onun haqqında heç də yaxşı fikirlər yayılmayacaq. Xüsusən də indiki həssas məqamda bir yanlış ifadə böyük bir problemin əsasını qoya bilər.

Qeyd edək ki, Kəlbəcər Təhsil Şöbəsi də digər rayonlardakı kimi tender oyunlarına başı qarışıb. Düzdür, onlara ayrılan pulun miqdarı azdır. Amma bu az miqdarın da silinməsi üçün min bir oyunlar qurulur. Bildirilir ki, Məhəmməd Bağırov cari təmir işlərinin satın alınması üçün "Rifah-1" MMC-lə birlikdə 35746 manatlıq iş gördüyünü sənədləşdirsə də, bankdan onu geri qaytarıblar. Yenə həmin şirkətlə daha bahalı işə qurşanan M.Bağırov inventarların satın alınmasına 48800 manat xərcləyib.

Maraqlı məqamlardan biri də odur ki, keçirilmiş tenderlərin böyük əksəriyyəti В«Fərid-ZiyaВ» MMC-nin qələbəsi ilə yekunlaşır. Bu şirkətlə həyata keçirilən əməliyyatlardan biri digər maşın və avadanlıqların satın alınmasına ayrılmış aqibəti ilə bağlı olub. Məlum olub ki, həmin işə guya, 5920 manat, avadanlıqların satın alınmasını 9916 manat, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasında 4950 manatı, sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasında 3680 manatı В«silməyəВ» müvəffəq olub.

Məhəmməd Bağırovun digər işləri sırasında "Təbriz-TT" MMC ilə gördüyü 29950 manatlıq təsərrüfat mallarının satın alınması da var. Cari təmir işlərinin satın alınmasını "İlkin TT" MMC-lə reallaşdıran şöbə müdiri bu zaman 35900 manatı В«xoşbəxtВ» edib. Bu azmış kimi, В«AqilВ» firması ilə həyata keçirdiyi təsərrüfat mallarının satın alınması işində də 19890 manat В«qabağaВ» düşüb.

Burada diqqəti çəkən əsas məqam odur ki, M.Bağırov bir işi iki dəfə görüb və iki dəfə də pul ala bilib. Amma bir işi heç bir şəkildə normal qaydada yoluna qoya bilməyib. Bunu Kəlbəcər məktəblərində çalışan müəllimlər də təsdiq edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt