Əsas Səhifə > Güney Press / Manşet > "Gömrük Komitəsi məhkəmə qərarını icra eləmir"
"Gömrük Komitəsi məhkəmə qərarını icra eləmir"13-06-2023, 16:11 |
|
Səxavət Mustafayev kiçik sahibkardır. Deyir, Rusiyadan Azərbaycana vaqonlarla şüşə lövhələr gətirirmiş. 2015ci-ildə Dövlət Gömrük Komitəsi onun vaqonlarını içində məhsullarla bərabər təxminən 5 ay gözlədib. Şikayətçinin sözlərinə görə, vaqonların gözlədilməsi ona maddi ziyan vurub. Məhkəmə qərarı şikayətçinin lehinə çıxarılsa da, icra edilmir. S.Mustafayev deyir, yanvar ayının 10-dan qüvvəyə minən qərarın icrasını hələ də gözləyir. Bakı İnzibati Məhkəməsi qərarın icrası üçün hansı addımları atıb? Məsələ ilə bağlı məhkəmədən Toplum TV-ə bildirildi ki, mediaya deyil, yalnız vətəndaşın özünə məlumat verə bilərlər. Dövlət Gömrük Komitəsi də Toplum TV-nin sorğusuna cavab verməyib, vətəndaşın müraciətinə yazılı cavablarında isə deyiblər ki, sözügedən cəriməni ödəmək qurumun 2023-cü il büdəsində nəzərdə tutlmayıb. Amma 2024-cü il ərzində bu məbləğ vətəndaşa ödənəcək. Toplum TV Geri qayıt |