Əsas Səhifə > Güney Press / Manşet > `Azəriqaz`da problemlər NƏ ZAMAN BİTƏCƏK?
`Azəriqaz`da problemlər NƏ ZAMAN BİTƏCƏK?13-06-2023, 14:59 |
|
DİA.AZ: - Son günlər "Azəriqaz"ın regional idarələrinin adlarının hallandığı konfliktlərin sayı artmış kimidir. Bu, daha çox vətəndaş gileylərindən anlaşılır. DİA.AZ bildirir ki, son olaraq biz də "Azəriqaz" RQİİ-lərindən biri ilə bağlı bir faktı təqdim etmişdik və sözügedən qurumun vətəndaşları az qala dövlətə qarşı qaldırdığı anlaşılırdı. YAZISI BURADA: `Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR! Qeyd edək ki, bu məsələyə sosial şəbəkələrdə də geniş diqqət ayrılıb. Bizim nəzərimizi cəlb edən isə hazırda da "Azəriqaz"da çalışan işçilərdən birinin "yuxarı" instansiyalara verdiyi məsləhətdir. Adını çəkmədiyimiz "Azəriqaz" çalışanı bildirir: "Yenə də mövzu RQİİ-lərin "Azəriqaz"ın imicinə vurduğu ziyandır... RQİİ - İdealoqiyasını kim təklif edib bilmirəm, bir onu bilirəm, son 8 ildə Regional İdarələrin hesabat kimi təqdim etdiyi rəqəmlərin əksəriyyəti, eləcə də çatışmamazlıqların vaxtında qarşısının alınmaması yerli idarələrdə çalışanlarla vətəndaşlar arasında anlaşılmamazlığa gətirib çıxarır. Bu da böyük söz-söhbətə səbəb olur. Məhz bunun üçün qaz təsərrufatları kənardan deyil, yerli idarələr (komplektləşmiş) tərəfindən idarə olunmalıdır. Təkrarçılıq olmasın... əvvəllər də mən bu fikri səsləndirmişəm, bir daha deyirəm: RQİİ-ləri ləğv edilməlidir!!! Bütün idarələr - Sumqayıt QİS kimi fəaliyyətlərin davam etdirməlidir. Ümid edirəm, dediklərim yüksək maaş alan rəhbərlərimizin xətrinə dəyməz..." Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq... Geri qayıt |