Əsas Səhifə > Güney Press / Manşet > "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunun çilingərləri tətil edirlər
"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunun çilingərləri tətil edirlər1-06-2023, 17:30 |
|
"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunda çalışan çilingərlər bir neçə gündür ki, işi dayandırıblar. Bu haqda Hurriyyet.az-a danışan şikayətçilər bildirir ki, indiyədək bununla bağlı rəhbərlikdən hər hansı reaksiya yoxdur. “İşin dayandırılmasına səbəb təmir deposunun dəmiryolçuları Əliyar Muradovun göstərişi ilə 5 günlük iş rejimindən 6 günlük iş rejiminə keçməsi ilə bağlıdır. ADY QSC-dən gələn cavab isə, “əgər razılaşmasanız, deponuzu bağlayacağıq” hədəsi oldu. Bu gün ADY QSC-nin sədri Gəncəyə gəlsə də, depoda tətil edən dəmiryolçuların yanına hələlik gəlib onların problemləri ilə tanış olmayıb”, - deyə etiraz edən işçilər bildirib. Geri qayıt |