Əsas Səhifə > Güney Press / Ana xəbər > Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun həbsi xəbəri yayıldı
Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun həbsi xəbəri yayıldı31-01-2014, 13:10 |
![]() Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanov bu günlərdə (yanvarın 29-da) həbs edilib və vəzifədən çıxarılıb. Musavat.com xəbər verir ki, məlumatı Minval.az saytı yayıb. Xəbər verildiyi kimi, noyabrın 25-dən istintaq qrupu Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlayıb. Yoxlamalara HHQ-nin Bibiheybətdəki hərbi hissəsində baş vermiş hadisə səbəb olub. Həmin hərbi hissədə aparılan qəfil reyd zamanı məlum olub ki, anbardan külli miqdarda ərzaq məhsulları daşınır. Oğurluğun qarşısı alınıb, akt tərtib edilib, anbar möhürlənib. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun həbsinin sifarişçisinin də Şahin Sultanov olduğu bildirilir. Şahin Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanıdır. Geri qayıt |