Əsas Səhifə > Güney Press / Manşet > Arzu Rəhimovun FƏALİYYƏTİ ARAŞDIRILIR

Arzu Rəhimovun FƏALİYYƏTİ ARAŞDIRILIR


22-05-2023, 17:05
Arzu Rəhimovun FƏALİYYƏTİ ARAŞDIRILIR
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.

DİA.AZ bildirir ki, bununla bağlı məlumatı “Report”a Dövlət Xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyevin qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.

DİA.AZ qeyd edir ki, HP-nın yoxlama apardığı müddət də təbii olaraq məhz Arzu Rəhimovun dövrünü əhatə etməkdədir. Qeyd edək ki, bu dövrə aid neqativlər zaman-zaman yerli KİV-də işıqlandırılsa da, zamanında qılıncının hər iki üzü kəsən Rəhimova söz deyən tapılmamışdı.

İndi necə olacaq? Təftiş obyektiv aparılacaqmı? Yoxlamanın nəticələrinə gərəkən qiymət veriləcəkmi? Hər halda, bu sualların cavabını yoxlamalardan sonra biləcəyik. Məsələ diqqətimizdədir...

Geri qayıt