Əsas Səhifə > Güney Press / Manşet > İsmayıl Ömərovla bağlı ilginc faktlar yayıldı: İşin içində korrupsiya elementləri…

İsmayıl Ömərovla bağlı ilginc faktlar yayıldı: İşin içində korrupsiya elementləri…


30-01-2014, 15:40
İsmayıl Ömərovla bağlı ilginc faktlar yayıldı: İşin içində korrupsiya elementləri…
DİA.AZ: - Bir necə gün öncə İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov barədə şok effekt verən faktlar ortaya çıxdı. Saytımıza İsmayıl Ömərovun daha böyük maxinasiyaları barədə ilginc məlumatlar daxil olub. Bu məlumatlar hələ İTV-yə gəlməmişdən əvvəl adı tez-tez göydələn tikintisində hallanan İsmayıl Ömərovun televiziyanın imkanlarından istifadə edib həyata keçirdiyi "işlərlə" bağlıdır. Hazırda keçmişdə olanlara görə İsmayıl Ömərovun başı əməlli başlı ağrımağa başlayıb. İndi isə keçək faktlara.

DİA.AZ-a daxil olan məlumada deyilir ki, hələ 2005-ci ildə İctimai Televiziya yaranarkən ona keçmiş Azon Zavodunun binasını verdilər və qısa müddət ərzində restavrasiya işləri aparıldı və televiziya fəaliyyətə başladı. Əslində isə həmin bina zavod üçün nəzərdə tutularaq tikildiyindən heç də televiziya üçün əlverişli sayıla bilməzdi. Ona görə də nəzərdə tutulurdu ki, İTV bu binadan müvəqqəti istifadə etsin və sonra lazımi addımlar atılsın. Faktiki olaraq İTV-də lazım olan studiya, səsyazma, montaj və başqa işləri həyata keçirmək üçün mövcud binanın şəraiti əlverişli deyildi. Çünki keçmiş Azon Zavodunun binası mərtəbə-mərtəbə zallardan ibarət idi və restavrasiyadan sonra taxta, laminat, lambirin, kərpic və başqa materiallarla aralar kəsilərək otaq, yaxud studiya və ya montaj kabinetinə çevirilmişdi. İsmayıl Ömərov isə bunca çətinliklərin qarşısında dövlətdən ayrılan maliyyə hesabına Azon Zavodunun həyətində televiziya üçün lazım olan binanı tikdirmədi. Əvəzində isə güya İTV-nin işçiləri üçün çoxmərtəbəli bina tikdi. Əslində burda maraq Ömərovun heç də işçilərinin güzaranını düzəlməklə bağlı deyildi. Burda sırf şəxsi maraq güdülürdü. Bunu isbat edəcək faktlara diqqət edək.

Əvvəla dövlətdən ayrılan maliyyə hesabına Azon Zavodunun həyətində tikilən 224 mənzilli yaşayış binasının yalnız 24-ü İTV-nin əməkdaşlarına verildi. Hansı ki, həmin mənzillərin kvadratı orta hesabla 400 manata işçilərə satıldı. Həmin 24 nəfərdən əksəriyyəti isə Ömərovun ən yaxın adamları idi və onlar sonradan həmin mənzilləri iki qat baha qiymətə başqa vətəndaşlara satdılar. Təbii ki, bu oyunun da ssenarisi cənab Ömərova məxsus idi. Daha dəhşətli məsələ isə 224 mənzilli binanın yerdə qalan 200 mənzilinin taleyi ilə bağlıdır. İTV-nin işçiləri üçün tikilmiş binanın yerdə qalan 200 mənzili isə kvadratı 700-800 manata kənar insanlara satıldı. Bu artıq milyonlarla manat deməkdir. Hamı bilir ki, Bakı şəhərində ən bahalı binaların qiyməti yerinə görə dəyişir. Yəni tikinti biznesi ilə məşğul olanlar ən çox pulu tikəcəkləri binanın yerinə verirlər. Bəzən elə olur ki, tikilməsi nəzərdə tutulan bir binanın yerində bir neçə beşmərtəbə, obyekt və ya fərdi yaşayış massivi sökülür və onların sahiblərinə toplam milyonlarla manat pul verilir. İTV-nin binası isə Azon Zavodunun həyətində tikildi və buna görə nə kimsəyə "şapka" verildi, nə də söküləcək evinə görə təzminat. Üstəlik dövlət tərəfindən binanın tikilişi üçün pul ayrıldı. Ömərov isə 224 mənzillik binadan cəmi 24-ü işçilərə pulla satıb qalan 200 mənzili ən baha qiymətə hərrəca qoydu.

Göründüyü kimi İsmayıl Ömərov İTV-nin işçilərinə mənzil tikmək sevgisi heç də nə onların qaydına qalmaq, nə də televiziyanı düşünməkdən irəli gəlməyib. Əgər belə olsaydı, Ömərov Azon Zavodunun keçmiş binasında fəaliyyət göstərən televiziya üçün yeni və müasir telestandartlara cavab verən bina tikərdi və köçmə prosesi başa çatdıqdan sonra televiziyanın köhnə binasını sökməyib mənzil şəkilində işçilərinə paylayardı. Əgər belə olsaydı indi ölkənin İctimai televiziyası telefəaliyyət üçün yararsız binada qalmazdı. Ömərov isə təbii ki, bunu etmədi. Səbəbi isə gün kimi aydındır.


Geri qayıt