Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda özünü yandıran qadının vəziyyəti ağırdır

Bakıda özünü yandıran qadının vəziyyəti ağırdır


30-01-2014, 13:59
Bakıda özünü yandıran qadının vəziyyəti ağırdır
Yanvarın 30-da üstünə benzin töküb özünü yandıran qadın 1993-cü il təvəllüdlü Məleykə Bayramlı Lənkəran sakinidir.

5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərovun AzadlıqRadiosuna dediyinə görə, Məleykə Bayramlının bədəninin 75 faizi yanıb.

“Xəstəxanaya çatdırılanda danışırmış, ağrıkəsicilər vurulub, hazırda reanimasiyadadır. Onun yaşama şansı çox aşağıdır”.

Geri qayıt