Əsas Səhifə > Güney Press / Manşet > Taksi bazarına ƏL GƏZDİRİLMƏLİDİR...
Taksi bazarına ƏL GƏZDİRİLMƏLİDİR...10-05-2023, 15:57 |
![]() DİA.AZ: - Artıq ayrı-ayrı taksi şirkətlərindən edilən vətəndaş şikayətlərinin sayı-hesabı bilinmir. Belə şəraitdə isə işə DÖVLƏT MÜDAXİLƏSİ zərurətə çevrilir. Hər halda normalda olanı budur. Amma görünəni odur kui, bizdə rəsmilər gec tərpənir... əvəzində isə vətəndaşlarımız taksi firmalarının əlində əsir-yesir qalırlar. DİA.AZ bildirir ki, burada ən əsas olanı isə vətəndaşların eyni zamanda mənəvi zərərlə yanaşı, maddi ziyana uğrmalarıdır. Elə aşağıda təqdim edəcəyimiz şikayətdə də anlaşılanı budur. " "Bolt" və "Uber"... məncə siz şirkəti bağlayın". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" adlı sosial qrupundakı paylaşımında Tapdıqova günay adlı istifadəçi bildirir. ![]() Belə bir çağırışda bulunan narazı vətəndaş daha sonra yazır: "artıq "maşennik"liyin ağını çıxartmısınız... Mən hələ işə gedib çatmamışam... "Bolt" 7 manat çıxıb kartdan... "Uber" də 2 manat... Ya insan kimi işləyin, ya da zəifliyinizi görün, çıxın bazardan! Bəsdir, daha milləti əsəb xəstəsi elədiniz. Şikayəti də divara yazıram elə bil... operatorlar ölüb!" İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |