Əsas Səhifə > Güney Press / Ana xəbər > "Cihad altında insanları cinsi təcavüzə məruz qoyurlar"
"Cihad altında insanları cinsi təcavüzə məruz qoyurlar"28-01-2014, 14:28 |
![]() Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) bu gün verdiyi fətvanın yerində və gözlənilən olduğunu deyir. ANS PRESS-in məlumatına görə, Hacı Şahin QMİ-də keçirilən iclasda çıxışında, baş verənlərin cəmiyyətin dini savadsızlığından irəli gəldiyini söylədi: "Din yanlış anlaşılarsa bu, dinsizlikdən də betərdir. Məhəmməd peyğəmbər (s.ə.ə) demişdi ki, iki şəxs belimi sındırdı; imansız alim və elmsiz abid. Bu gün baş verənlər də məhz cəmiyyətin dini savadsızlığından irəli gəlir. Suriyaya cihad adı ilə aldadılıb aparılanlar məhz cahilliklərinin qurbanı olurlar. Onlar başa düşləlidirlər ki, Suriyada axıtdıqları qanlar hədərdi. Müsəlmana qarşı vuruşan şəhid sayıla bilməz! Allaha çox şükr ki, artıq hər şeyi öz adıyla çağıra bilirik. Bu gün bu fətvanın verilməsinin çox böyük xeyri var. Bizdə belə bir məlumat var ki, Suriyada insanları cinsi təcavüzə məruz qoyurlar. Radikal təriqətlər özlərindən cinsi cihad icad ediblər və bu cihad altında insanları cinsi təcavüzə məruz qoyurlar". Geri qayıt |