Əsas Səhifə > Güney Press / Ana xəbər > “Aşurbəy məscidində vətəndaş müharibəsi olacaq”

“Aşurbəy məscidində vətəndaş müharibəsi olacaq”


28-01-2014, 12:46
“Aşurbəy məscidində vətəndaş müharibəsi olacaq”
Xəbər verdiyimiz kimi, bu gün səhər Qafqaz Müsəlmanları İdarəsində (QMİ) geniş tərkibli iclas öz işinə başlayıb. Tədbirdə iştirak edən Hafta.az-ın əməkdaşı bildirir ki, iclas hələ davam edir. İclasda QMİ sədri Hacı Şeyxülislam Allahşükür Paşazadə bir çox suallara cavab verib.

Hacı Surxay Məmmədlinin sualı belə idi: “Şeyx xahiş edirəm ki, bir məsələni də qeyd edim. İçərişəhər məscidlərindən olan Ahurbey məscidinə yüzlərlə insan axışır, gözyaşlı valideynlər deyir ki, əgər məscid bizə fəlakət gətirərsə, belə məscid bizə lazım deyil. Şeyx bunu nəzərə alın, əgər tədbirlər görülməsə, 2-3 aydan sonra görəcəksiz ki, orada vətəndaş müharibəsi olub. Mən bunu deyirəm və sözümün də arxasında dayanıram”.

Şeyx cavabında bildirdi ki, İçərişəhər məscidlərindən Hacı cavabdehdir: “İndi dediklərinizi yazılı formada bizə təqdim edin və məsələ liə bağlı dövlət lazımi tədbir götürəcək”.

Geri qayıt