Əsas Səhifə > Güney Press / Manşet > Quru sərhədlər açılmadı: MƏHV OLAN KƏNDLİDİR...
Quru sərhədlər açılmadı: MƏHV OLAN KƏNDLİDİR...26-04-2023, 15:57 |
|
DİA.AZ: - Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadıldı. Bu isə o deməkdir ki, quru sərhədlər iyulun 1-dək açılmayacaq. Sonrası isə sual altındadır. DİA.AZ bildirir ki, quru sərhədlərin bağlı qalmasının kənd təsərrüfatına, fermerlərə göstərdiyi birbaşa təsirlərdən isə danışmaq artıqdır. Çünki hər şey ortadadır. Onsuz da çətin durumda ola kəndli-fermer təsərrüfatı sahibləri yeni KTN şefi Məcnun Məmmədova müraciət hazırlayırlar. Bu barədə DİA.AZ-a göndrilən müraciətdə qeyd olunub. "Kənd məhsullarının qiymətində son iki ildə bahalaşma müşahidə edilir. Bu bahlaşmaya quru sərhədlərin bağlı qalması da səbəb olur. Bu faktdır, Cənab nazir, quru sərhədlərin bağlı qalması fermerlərə ciddi çətinliklər yaradır" deyə müraciət edən kəndli-fermer təsərrüfatı sahibləri yeni nazirə çox ümidli olduqlarını bildirilər. DİA.AZ-a daxil olan müraciətdə deyilir: "İnam Kərimov kimi, yeni nazirimiz də KTN sisteminə yad bir simadır. Amma istənilən halda yenidir... Və ümidlərimiz də bundan yanadır. KTN ilə bağlı ciddi problemlər var... Bilməlidirlər ki, əkin əkilmıəsə, suvarılmasa, bazarlara çıxış ələ etməzsə, o zaman ölkədə BÖHRAN olacaq..." Qeyd edək ki, fermerlərin müraciətinin geniş mətnini yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri diaaz.space olaraq dinləməyə hazırıq... Geri qayıt |