Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > “Atəşgah” Sığorta” vətəndaşların başına corabı belə hörür
“Atəşgah” Sığorta” vətəndaşların başına corabı belə hörür27-01-2014, 15:44 |
![]() DİA.AZ: - Ölkədə sığorta şirkətlərinin vətəndaşlara rəsmən və bilərəkdən əziyyət verməsi adi hala çevrilməkdədir. Yalançı reklamlar sayəsində milyonlar qazanan əksər sığorta şirkətləri sığortaçı ilə yalnız müqavilə bağlanana kimi normal münasibət qurur. Bundan sonra isə süründürməçilik başlaylır. Belə sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta”dır. Bu nə şikayət, nə də kiminsə dilindən eşitdiyimiz bir problem deyil. Xəbər verildiyi kimi, Bizimxeber.az Xəbər Portalının baş redaktorunun avtomobili yanvarin 14- də qəzaya düşüb. Sənədlər isə hadisədən bir gün sonra toplanaraq “Atəşgah” Sığorta”ya təqdim edilib. Amma, nədənsə “Atəşgah” Sığorta” baş redaktora dəyən ziyanı ödəməkdə maraqlı deyil. Problemə aydınlıq gətirən baş redaktor bildirdi ki, azı 10 dəfə “Atəşgah” Sığorta”da olub, bütün sənədləri təqdim edib: “Mən açıq şəkilkdə deyirəm ki, “Atəşgah” Sığorta” insanlara zülm verir. 10 gün qiymətləndimədə qalan sənədləri dava-dalaşla keçirtdik. İndi də düz 4 gündü ki, huquq şöbəsi saxlayır. Ən maraqlısı odur ki, şirkətin mətbuat katibi Vüqar Süleymanovu tapa bilmirəm. Nə zaman zəng edirsən və yaxud gedirsən deyirlər ki, Vüqar müəllim yoxdur”. Baş redaktor bildirdi ki, üzləşdiyi süründürməçiliklə bağlı “Atəşgah” Sığorta”-nı məhkəməyə verəcək: “Qanunlar hami üçündür. Əğər “Atəşgah” Sığorta” insanlara verdiyi bu əziyyəti, hörmətsizliyi özü üçün uğur hesab edirsə, o zaman bu onların öz istəyidir. Qanun isə elə demir….” Geri qayıt |