Əsas Səhifə > Güney Press / Manşet > Zərdabın icra başçısı icra başçılarının ilk ələmə prosesində В«birinci reysləВ» yola salınacaq

Zərdabın icra başçısı icra başçılarının ilk ələmə prosesində В«birinci reysləВ» yola salınacaq


24-01-2014, 18:32
Zərdabın icra başçısı icra başçılarının ilk ələmə prosesində В«birinci reysləВ» yola salınacaq
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev də hədfə çevrilib. Məlumatlara görə, Lütvəli Babayev məhz keçən ilin yekunları ilə bağlı rayon adından verilən maliyyə hesabatlarında yeyinti faktlarının bir nöm rəsmən etiraf olunması səbəbindən hədəfə çevrilib.

Xəbərdə həmçinin qeyd olunurdu ki, yerli maliyyə idarəsinin və maliyyə nazirliyinin nümayəndələrindən birinin (ona bunun müqabilində külli miqdarda pul verilib) iştirakı ilə hazırlanan büdcə xərcləmələri ilə bağlı maliyyə hesabatı sənədində etiraf olunan korrupsiya faktına görə Lütvəli Babayevə qarşı hətta cinayət işi də açıla bilər.

Mənbə iddia edir ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin kurasiyası altında olan Babayev yaxşı bilir ki, vəzifəsindən alınacağı təqdirdə onun tək itirdiyi Zərdab RİH rəhbəri kürsüsü olmayacaq: В«Onunla yanaşı, həm də qardaşı belə təhlükə ilə üz-üzə qalacaq. Hər halda, Lütvəli Babayevin Şirvanda axund olan qardaşı ilə bağlı mətbuatda kifayət qədər maraqlı faktlar açıqlanıbВ».

DİA.AZ-ın əldə etdiyi son bilgilərə görə, artıq Lütvəli Babayev vəziyyətdən çıxmağa müvəffəq olub: В«Ən azından belə bir təəssürat var. Amma bui lk baxışdandır. Çünki Zərdabın icra başçısı bu illər ərzində bir çox dairələrin əsəblərini yetərincə tarıma çəkdiyindən artıq kimsə onunla bağlı yaranmış problemi üstələnmək istəmirВ».

Mənbə bildirir ki, zaman-zaman çətiri altında gizlənməyə müvəffəq olan başçı bu gün himayəsiz durumda olduğundan hər şeyi pul gücünə həll etməyə çalışır: В«Başqa bir şansı da yoxdur. Amma burada bir məqam var ki, pul heç də hər şeyi həll etmir»…

Məlumatlı mənbənin iddialarına görə, başçının məsələsi Prezident Administrasiyasında da müzakirə olunub: В«Vəziyyət təxminən belədir. İcra başçılarının elə ilk ələmə prosesindəcə В«birinci reysləВ» Lütvəli Babayev yola salınacaq»…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt