Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Tibbi Universitetinin rektorundan prezidentə şikayət olundu

Tibbi Universitetinin rektorundan prezidentə şikayət olundu


24-01-2014, 16:35
Tibbi Universitetinin rektorundan prezidentə şikayət olundu
DİA.AZ: - Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov seçicilərindən qaçır. DİA.AZ-a şikayət edən bir qrup Sabirabad sakini bildirir ki, 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanovu indiyənə qədər görə bilmədiklərindən giley-güzar edirlər.

Sakinlər redaksiyamıza yazır: В«Əhliman müəllim bəlkə də hörmətli alimdir, bəlkə də dəyərli tibb işçisidir, bəlkə də yaxşı rektordur. Amma onun millət vəkili kimi fəaliyyəti sıfır səviyyəsindədir və bu adam seçicilərilə, onların problemlərilə maraqlanmırВ».

Sakinlər bildirir ki, hətta Kür çayının daşqınları zamanı belə Əhliman Əmiraslanovu tapa bilməyiblər: В«Sonuncu dəfə onu parlament seçkiləri vaxtı görmüşük. O gedən gedib. İndi biz bilmirik ki, kimə şikayət edək, kimə dərdimizi deyək. Başqa rayonların da deputatları var. Onların deputatlarının rayon ərazisində hətta görüş otaqları da var. Amma Əhliman Əmiraslanovun nəinki görüş otağı yoxdur, hətta onu deputat olduğu ərazidə görən də olmayıbВ».

Sakinlər redaksiyamız vasitəsilə prezidentə müraciət edirlər: В«Cənab prezident, Əhliman Əmiraslanov hətta bir tibb işçisi kimi belə seçicilərinə öz köməyini göstərmir. Bu adama dəfələrlə müraciət etmişik. Halbuki seçki ərəfəsində seçicilərə vəd vermişdi ki, hansısa seçiicinin tibbi müayinə, müalicə ehtiyacı olarsa, təmənnasız olaraq yardım edəcək. Dəfələrlə seçicilərin bu kimi müraciətləri qulaqardına vurulub.

Cənab prezident, bu adam rəsmən seçicilərini aldadıb. Və biz sizdən xahiş edirik ki, onun mantadının ləğv olunmasında camaata yardım edəsiniz. Artıq biz imza toplama kampaniyasına başlamışıq və Əhliman Əmiraslanovun mandatının ləğv olunması üçün müvafiq prosedurun tədarükündəyik. Siz bizə bu işdə yardım edinВ».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt