Əsas Səhifə > Güney Press / Manşet > `Azəriqaz` rəhbərliyi indi də Şəhid ailələrini SIXIŞDIRIR...
`Azəriqaz` rəhbərliyi indi də Şəhid ailələrini SIXIŞDIRIR...4-04-2023, 16:07 |
|
DİA.AZ: - "Saxtakarların sürprizləri davam edir. Şəhidin keçən il vəfat edən həyat yoldaşına məxsus sayğacı söküb, dünən mərhuməyə 1555 manat cərimə yazıblar". DİA.AZ bildirir ki, bu barədə Göyçaydan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov paylaşım edib. Hüquq müdafiəçisi daha sonra yazır: "Göyçay Qaz İstismar Sahəsinin rəisi Ruslan Buniyatovun istehlakçılara qarşı qanunsuz hərəkətlərindən sonra etirazlar böyüməyə başlayıb. Bu gün əldə olunan məlumata görə sayğaclara müdaxilə təkcə sadə vətəndaşlara qarşı deyil, eləcə də şəhid ailələrini də əhatə edib. Belə ki, şəhid Elton Əkbərovun keçən il vəfat etmiş həyat yoldaşına məxsus, küçədə quraşdırılan qaz sayğacı "Azəriqaz" İB-nin ARQİİ-nin baş mühəndisi Zaur Məmmədov tərəfindən sökülərək, özlərinə məxsus qanunsuz laboratoriyada yoxlanılmaqla mərhumə Alidə Əkbərovanın sayğaca müdaxilə etdiyi qənaətinə gəlinərək, saxta rəy əsasında itirilmiş qaz sərfiyyatına görə ona 1555.20 manat cərimə tətbiq edilib. Sayğaclara müdaxilələrlə bağlı etirazlar artdığı səbəbindən idarə və sahə işçilərinin kəlbətin, biz və alışqanla saygaclara etdikləri müdaxilələrin məhz ARQİİ rəisi Osman Behbudov tərəfindən sifariş olunduğu bildirilir. Bizlər ücun sifarişçinin kim olduğunu dəqiq bildirmək mümkün olmasa da, Ruslan Buniyatovun vəzifəsində qalması O. Beybudovun sifarişinə boyun əydiyi faktını təsdiq edir. "Azəriqaz" İB-nin baş direktorunun müavini Cahid Hüseynova 40 min manat verib vəzifəyə gəldiyini bildirən R. Buniyatov artıq rəis kimi yox, özünü yuxarının köləsi kimi təsdiqləyir". Geri qayıt |