Əsas Səhifə > Güney Press / Ana xəbər > Sialə Rüstəmova Heydər Əsədovun “qara siyahısınada”
Sialə Rüstəmova Heydər Əsədovun “qara siyahısınada”23-01-2014, 12:50 |
|
Amma yaxın zamanlarda Kənd Təsərrüfatı Nazirliyndə kütləvi kadr dəyişikliklərinin aparılması gözlənilir və bu məsələ yeni nazir Heydər Əsədovun bir nömrəli gündəm məsələsi olduğu barədə məlumatlar daxil olmaqdadır. PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, hələ ki, nazir ondan olunan xahişləri saf-çürük etməkdədir. Yaxın zamanlarda isə dəyişikliklərə start verilməsi gözlənilir. Dəyişdiriləcək qurumlar arasında ilk sırada isə nazirliyin nəzdində fəaliyyət göstərən bir sıra şöbələrin rəhbərləri, elmi-tədqiqat institutları, həmçinin nazirin müavini belə var. Xüsusilə heç bir faydalı fəaliyyətləri olmayan və dövlətdən hər il pul silinməsi üçün istifadə olunan elmi-tədqiqat institutlarında ixtisarlar və islahatların həyata keçirilməsi gözlənilir. PİA.AZ-a daxil olan məlumata əsasən dəyişdiriləcək kadrlar arasında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanının da adı birincilər sırasında keçir. Çünki son illər ayrılan vəsaitlərin mənimsənilməsi və bir çox maxinasiyalarda Dövlət Baytarlıq Xidmətinin adı tez tez hallanır. Qeyd edək ki, quş qripi virusunun artması və dünyada ciddi bir təhlükə mənbəyinə çevrilməsi Dövlət Baytarlıq Xidmətinin hər il milyonlarla manat vəsaiti mənimsəməsinə şərait yaradıb. Bu məsələ ilə bağlı növbəti saylarımızda daha ətraflı məlumat verəcəyik. İndi isə Dövlət Baytarlıq Xidmətinda baş verən prosesləri nəzərinizə çatdıraq. PİA.AZ-a Baytarlıq Xidməti ilə bağlı məlumat verən mənbəmiz bildirir ki, qurumun rəhbəri Sialə Rüstəmova çətin vəziyyətlə üzləşib. Belə ki, keçmiş nazir İsmət Abbasovun dövründə Baytarlıq Xidmətində əsas söz sahibi nazirin baldızı oğlu Cavid Hadıyev idi. Ayrılan pulların xərclənməsi, yerli idarələrə ayrılmasında ən önəmli fiqur məhz C.Hadıyev olub. İsmət Abbasovun baldızı oğlunun əməliyyatlarını isə Xidmət rəisi Sialə Rüstəmova sadəcə izləməklə kifayətlənib. Ancaq qəflətən Heydər Əsədovun Kənd təsərrüfatı naziri təyinatı almasından sonra Cavid Hadıyevin Baytarlıq Xidmətindəki əməliyyatları ilə bağlı nazir məlumatlandırılıb və Cavid Hadıyevin Baytarlıq Xidmətindəki qeyri-rəsmi В«rəisliyinəВ» son verilib . Məlumata əsasən nazir C. Hadıyevin hegemonluğuna son qoyaraq aşağı vəzifə ilə“mükafatlandırıb”. Daxil olan məlumatda xüsusi olaraq qeyd olunur ki, 2013-cü ildə Dövlət Baytarlıq Xidmətinə ayrılan 10 milyon manat vəsaitin xərclənməsi ilə bağlı aparılan araşdırma qurumun rəisi Sialə Rüstəmovanıda çətin vəziyyətə salıb. Belə ki, bir çox adda vaksin və laboratoriya cihazları, avadanlıqların alınması adı altında milyonlarla manat vəsaitin mənimsənilməsi “əməliyyatında” iştirakçılardan birinin də məhz qurumun Sialə Rüstəmovanın olduğu qeyd olunur. Mənbənin bildirdiyinə görə Baytarlıq Xidmətində Sialə Rüstəmovanın işindən azad olunmasında maraqlı şəxslər də var. Bu şəxslərdən biridə Baytarlıq Xidmətinin rəis müavini işləyən Emin Şahbazovdur. Emin Şahbazov Prezident aparatında işlər idarəsinin birinci müavini işləyən qardaşı Oktay Şahbazova arxalanaraq qurumun rəisi vəzifəsinə iddia edən şəxslərdən biridir. Eyni zamanda Heydər Əsədov tərəfindən Bakı Baş Baytarlıq İdarəsinin rəisi vəzifəsinə gətirilən Aslan Aslanovun da Sialə Rüstəmovanının yerinə iddalı olduğu bildirilir. Lakin Heydər Əsdov Aslan Aslanovu Bakı Baş Baytarlıq İdarəsi rəisi vəzifəsinə gətirməklə iddaçılardan birini ortadan qaldırıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |