Əsas Səhifə > Güney Press / Manşet > "Azərsu" şefinin qohumları necə at oynadır...
"Azərsu" şefinin qohumları necə at oynadır...22-01-2014, 17:00 |
![]() Azərbaycanda ən korrupsiyalaşmış sahələrdən biri kimi ad çıxarmış В«AzərsuВ» ASC-də inanılmaz yeyinti halları müşahidə olunur. Məlumatlara görə, büdcəsi az qala milyardlarla manat həcmində olan bu qurumda bütün iplər qohumların əlindədir. Həmin məlumatlara görə, ASC-nin prezidenti Qorxmaz Hüseynov bütün В«yağlı işləriВ» qaynı, bacısı oğlu və qardaşına həvalə edib. Həmin böyük projelərdən biri isə Hacıqabulda reallaşdırılır. Daxil olan məlumatlara görə, sözügedən rayonda Kür Su Təmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral içməli su xəttinin çəkilməsi həyata keçirilir. Həmin işlərin tikintisini reallaşdırmaq üçün elan edilmiş tenderin qalibi isə "Azərsutəchizattikinti ASC və T.T.Ş. İnşaat MMC konsorsiumu (Azərbaycan)" olublar. Layihənin ümumi dəyəri isə 46,5 milyon manatdır. Məlumatlarda qeyd olunur ki, bu işlərin rəhbərliyi isə birbaşa Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəliyə həvalə edilib. Həmin şəxs də pul silmək üçün ən unikal vasitələrə belə baş vurmağa nail olub. Məsələn, su xəttinin çəkilməsi zamanı lazım olan torpaqlar isə Hacıqabuldan deyil, məhz qonşu Şirvan ərazisindən gətirilir. Əslində, belə bir addımın atılması Hacıqabuldakı torpağın işə yaramamasından irəli gəlmir. Əksinə, burada məqsəd birmənalı olaraq hər maşın torpaqdan gəlir əldə etməkdir. Çünki Qorxmaz Hüseynovun bacısı oğlu hər maşina 100-120 manat xərc yazdığı halda, onu sürücülərdən 70-80 manata alır. Bu da hər maşında 50 manatdan artıq qazanc deməkdir ki, sözügedən layihəni reallaşdırmaq üçün də minlərlə maşın torpaq sahəsi lazım gəlib. Amma 46,5 milyon manatın axırına çıxmaq üçün təkcə bu işlərdən istifadə olunmur. Həmçinin ortada digər variantlar da var. Məsələn, boru xətlərinin çəkilməsi zamanı istifadə olunan borular konkret olaraq Qorxmaz Hüseynova yaxın adamlardan alınır. Və qiymətləri də ən azından bir-neçə dəfə şişirdilir. Bu şəxslərin kimliyini araşdırarkən məlum olub ki, işin içində təkcə В«AzərsuВ»nun prezidentinin dostları deyil, həmçinin qaynı və qardaşı da var. Daxil olan bilgilərdə qeyd edilir ki, Hüseynovun qardaşı və qaynı həmçinin В«AzərsuВ»nun digər layihələrində də aktiv şəkildə iştirak edərək, öz adamlarına daha çox qazandırmağa çalışırlar. Məsələn, Bakıda həyata keçirilən bir sıra layihələrin keyfiyyətsiz şəkildə həyata keçirilməsindən dolayı danlanan Qorxmaz Hüseynov səsini çıxara bilməyib. Çünki hər hansı bir yanlış addımı iki ən yaxın adamının başının ağrımasına gətirib çıxaracaqdı. Maraqlıdır ki, В«AzərsuВ» paralel olaran Naftalanda da 24,5 milyon manatın başına В«daşВ» salmaq üçün qollarını çırmayıb. "Çukurova-Su-İstilik Quraşdırma" birgə müəssisəsi tərəfindən udulan tender üzrə işlərin görülməsi ən ağır mərhələdədir. Çünki bu şirkət də məhz Qorxmaz Hüseynovun qaynının nəzarətindədir. Daha doğrusu, onların şərikli şirkətləri kimi tanınır. Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurma layihəsi adı altında büdcədən ayrılmış bu qədər pulun necə xərcləndiyi isə işlərin görülmə səviyyəsi və onun hansı mərhələdə olması ilə tam açıq şəkildə görsənir. Belə ki, Qorxmaz Hüseynovun qaynı türk şəriki ilə birlikdə Naftalanı qazıblar, amma ortada nə su xəttini çəkmək üçün borular var, nə də kanalizasiya xəttinin çəkilməsinə start verilib. Sadəcə, rayonun mərkəzi qazılıb ki, bu prosesin gedişatına baxılarsa, işlərin yaxın 10 ilə də başa çatacağı inandırıcı görünmür. Qeyd edək ki, əməkdaşlarımız artıq Naftalanda olub və bununla bağlı maraqlı reportaj da hazırlayıblar. Yaxın günlərdə onu da oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |