Əsas Səhifə > Güney Press / Ana xəbər > Təhsil Nazirliyi narkomaniyanı təbliğ edir?

Təhsil Nazirliyi narkomaniyanı təbliğ edir?


22-01-2014, 16:21
Təhsil Nazirliyi narkomaniyanı təbliğ edir?
Azərbaycanda narkotik vasitələrdən istifadənin qarşısını almaq üçün görülən tədbirlərin böyük əksəriyyəti, boş və mənasız işlərdən ibarətdir. Daha doğrusu, böyük bir şəbəkə olan və hər il onlarla azərbaycanlı gənci dəhşətli vərdişə vadar edən mafiya ilə mübarizə bir kənara buraxılıb. Həmin mafiyanın gətirdiyi narkotik maddələr isə müxalifətçilərin В«cibinВ»dən çıxır.

Bunun acınacaqlı təzahürü faktiki olaraq Cənub bölgəsində yaşanır. Bölgə gəncləri arasında narkotik maddələrdən asılı olanların sayı isə hər il artır. Rəsmi dövlət qurumları bu dəhşətli bəla ilə mübarizə aparmaq üçün resurslarını işə salmaq əvəzinə, daha çox müxalifətçi ovu keçirməklə kifayətlənir. Halbuki orta məktəblərdən başlamalı olan maarifləndirmə işləri ən yüksək səviyyədə təşkil olunmalıdır.

JAM.AZ xəbər verir ki, hökumətin ayrı-ayrı strukturlarının apardığı maarifləndirmə işləri də bərbad gündədir. Xüsusən də təhsil sektorunda narkomaniyaya qarşı mübarizə aparılması üçün bir sıra kitabçalar nəşr olunub. Amma həmin kitabçada yazılanlara diqqət yetirdikdə, bu məqsədin narkomaniyaya qarşı mübarizə aparmaq yox, onu təşviq etməkdən ibarət olduğu görünür.

Məsələn, kitabçanın 8-ci səhifəsində В«Zərərin azaldılması proqramının əsas tələbləriВ» başlığı var. Orada bir neçə maddə qeyd olunub və həmin maddələri diqqət oxuduqda nəyin təbliğ olunduğu və ya olunmadığı aşkar şəkildə görünür. Həmin səhifədə yazılır:
1. Narkotiklərdən istifadə etməyə başlama. Əgər başlamısansa, dayandır!
2. Əgər narkotiklərdən istifadə edirsənsə, bunu inyeksiya (iynə vurma) yola ilə etmə!
3. Əgər iynə vurursansa, onda bunu ancaq sterlil (təşə) şprislə vur!
4. Əgər hər dəyə yeni steril şprisdən istifadə etmək imkanın yoxdursa, onda qəti qaydada başqasının şprisindən istifadə etmə!

Bu yazılanları diqqətlə oxuduqdan sonra belə başa düşmək olur ki, Azərbaycanın Təhsil Nazirliyi orta məktəb uşaqları arasında narkotik maddələrdən istifadə və onun qaydaları ilə bağlı sözün həqiqi mənasında təlim keçir. Onlara başa salır ki, narkotik maddə nədir və şagirdlər həmin maddəni çəkməklə deyil, həm də damarlarına iynə vurmaqla həyata keçirə bilərlər. Bu atalarımızın dediyi kimi, dəlinin yadına daş salmaqdır. Yəni, orta məktəb şagirdində artıq narkotik maddələrlə bağlı təsəvvür yaradıb, onun istifadə qaydalarını öyrədirlər ki, bunun da hansı dəhşətli vəziyyət yaratdığı göz qabağındadır.

Geri qayıt