Əsas Səhifə > Güney Press / Manşet > Ramiz Rzayevin yerinə kimin gətiriləcəyi BƏLLİ OLDU
Ramiz Rzayevin yerinə kimin gətiriləcəyi BƏLLİ OLDU7-03-2023, 17:33 |
|
Ali Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq. Qeyd edək ki, 70 yaşlı Ramiz Rzayev dünən kollektivlə vida görüşünü keçirib. DİA.AZ xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Rzayevin yerinə təyinolunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur. Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.
Geri qayıt |