Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…

Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…


21-01-2014, 17:12
Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…
DİA.AZ: - Məlum olduğu kimi Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının təşkilat komitəsinin üzvləri qardaş Türkiyədə səfərdədirlər. DİA.AZ-a qurumdan verilən məlumatda bildirilir ki, Hürrü Əliyevin rəhbərliyi altında Türkiyədə mühüm görüşlər seriyasını davam etdirən TK heyəti Cümhuriyyət Xalq Partiyasının Ankara böyükşəhər bələdiyyəsinə namizədi olan Mənsur Yavaşla görüşüb və ona seçkidə uğurlar diləyiblər. Öz növbəsində Mənsur Yavaş da Hürrü Əliyevə və AMAC-a uğurlar diləyib.

Redaksiyamıza daxil olan məlumatda həmçinin bildirilir ki, AMAC TK-nın sədri Hürrü Əliyev Türkiyə Demokratik Sol Partiyasının sədri Məsum Türkərlə də görüşüb. Bildirək ki, bu görüşdə çox mühüm müzakirələr aparılıb və təşkilatlar arasında qarşılıqlı yardım barədə anlaşma da əldə olunub.

Məlumata görə, Demokratik Sol Partiyasının qurucusu Bülənt Əcəvitlə mərhum eks-prezident Əbülfəz Elçibəyin dostluq münasibətlərindən danışan tərəflər məmnunluqlarını ifadə ediblər. Görüşdə Məsum Türkər bildirib ki, Əbülfəz Elçibəy onlar üçün dəyərli bir şəxsiyyət olub və şəxsən DSP sədri bir Əbülfəz Elçibəy heyranıdır. Məsum Türkər həm də bildirib ki, bir sol təşkilatı olaraq onlar Moskvaya yox, hər zaman Bakıya kökləniblər, Bakıya heyranlıqlarını ifadə ediblər.

Onu da bildirək ki, Hürrü Əliyevin möhtəşəm Türkiyə ziyarəti davam edir…

Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…
Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…
Türkiyədə Əbülfəz Elçibəy Bülənt Əcəvit dostluğu müzakirə olundu…
Geri qayıt