Əsas Səhifə > Güney Press / Ana xəbər > “İcraçı Kredit Agentliyi” MMC xətti ilə mənimsənilən milyonlar

“İcraçı Kredit Agentliyi” MMC xətti ilə mənimsənilən milyonlar


21-01-2014, 12:29
“İcraçı Kredit Agentliyi” MMC xətti ilə mənimsənilən milyonlar
Arif Əliyev yaxınlarının adına götürdüyü milyonlarala manat vəsaiti Bakı şəhərində bəzi şəxslərin əli sələmə verərək ay ərzində qeyri qanuni külli miqdarda vəsait qazanır; kredit təşkilatlarına 10 fazilə ayırılan kənd təsərüfatının inkşafı üçün ayrılan kreditlər rayonlarda , fermerlərə 22-25 fazilə verilir və ikili sənədləşmə aparılır...

PİA.AZ-a Kəndə Təsərüfatı Nazirliyinin xətti ilə, “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” Layihəsinin Kənd Yerlərnin Maliyyələşdirilməsi komponentinin icra edilməsi məqsədi ilə yaradılmış “İcraçı Kredit Agentliyi” ilə bağlı çoxsaylı şikayət məlumatları daxil olduğuna görə adı çəkilən təşkilatla bağlı araşdırma aparmaq qərarına gəldik. Apardığımız araşdırmalarda çox ilginc faktlar ortaya çıxdı.

Bildirək ki, İcraçı Kredit Agentliyi Azərbaycan hxküməti ilə Dünya Bankı arasında imzalanmış 04 oktyabr 1999-cu il tarixli imzalanmış Kredit sazişinə müvafiq olaraq həyata keçirilmiş “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” Layihəsinin Kənd Yerlərnin Maliyyələşdirilməsi komponentinin icra edilməsi çərçivəsində 2002-ci ildə yaradılıb. Layihəninin əsas məqsədi Kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, Kredit İttifaqlarının və borcalanlar qrupunun yaradılmasına, inkişaf etməsinə köməklik etmək və onlara kreditlərin verilməsini təmin etmək olub. 2006-cı ildən yenidən Dünya Bankı ilə həyata bağlanmış “İkinci Kənd Təsərrüfatının İnkşafı və Kreditləşdirilməsi Lahiyyəsi” çərçivəsində kiçik kredit ittifaqlarına və Birgə Borclu Qruplarına aqrar sektorda xırda sahibkarlığın, fermer təsərüfatlarının inkşafı üçün kreditlər vermək adı altında fəaliyyətini sahibkarlığa kömək üçün yaradılan kredit bazarında möhkəmlənib. Agentliyin təsisçiləri-Azərbaycan Respubilkası Kredit İttifaqları Assosiasiyası, ictimai birliklər, kredit təşkilatları və fiziki şəxslərdir. “İcraçı Kredit Təşkilatı” MMC Bank olmayan kredit təşkilatının 5 bölgədə Masallı, Şəki, Gəncə, Beyləqan və Naxçıvar MR nümayəndəlikləri var. Eyni zamanda agentliyin nümayəndəliklərinin kurasiyasında olan rayonlarada 82 kredit təşkilatı fəaliyyət göstərir.

İcraçı Kredit təşkilatı ilə bağlı PİA.AZ bilgilər verən mənbə bildirir ki, Agentliyin rəhbəri Arif Əliyev kredit təşkilatlarının rəhbərləri ilə əlbir olaraq Dünya Bankından ayrılan milyonlarla dollar vəsaitləri mənimsəməklə məşğul olub və bu failiyyətini bu gündə davam etdirir.

Məlumata əsasən Arif Əliyev yaxın ətrafına məxsus ayrı ayrı şəxslərin adına kənd təsərrüfatı və sahibkarlığın inkşafı adı altında bir neçə milyon dollar kreditlər götürərək bu vəsaitləri özünün başqa biznesinə istifadə edib. Bu əməliyyatların bir çoxu Salyan rayonunda həyata keçirildiyi bildirilir və bu barədə ilginc detalları yaxın günlərdə oxucularımızın diqqətinə cəlb edəcəyik.

Məlumatda yer alan başqa bir məlumat isə çox ilgincdir. Belə ki, məlumata əsasən Arif Əliyev yaxınlarının adına götürdüyü milyonlarala manat vəsaiti Bakı şəhərində bəzi şəxslərin əli sələmə verərək ay ərzində qeyri qanuni külli miqdarda vəsait qazanır.

Məlumatda bildirilir ki, Dünya Bankı ilə sazişə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyi son 7 ildə kənd təsərüfatının inkşafı üçün “İcraçı Kredit Agentliyi”nə üst üstə 50 milyondan çox vəsait ayırıb. Birinci dəfə 18 milyon, ikinci dəfə isə 35 milyon həcmində olan həmin kreditlərinin çoxunun taleyi isə qaranlıqdır. Çünki verilən kreditlərin bir çoxu uzun illərdir ki, qaytarılmır. Görünən odur ki, Agentliyikdəki vəzifəsindən sui-istifadə edən Arif Əliyev və digər vəzifəli şəxslər bu vəsaitlərin böyük hissəsini öz şəxsi biznesləri üçün sərf ediblər.

Məlumatda göstərilir ki, “İcraçı Kredit Agentliyi”nin rayonlarda fəaliyyət göstərən kredit təşkilatlarına ayrılan vəsaitlərdə Arif Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyinin baş direktoru Abbas Allahverdiyevin “faizi” var. Belə ki, kredit təşkilatlarına 10 fazilə ayırılan kənd təsərüfatının inkşafı üçün ayrılan kreditlər rayonlarda , fermerlərə 22-25 fazilə verilir və ikili sənədləşmə aparılır.

Məlumatda idda olunur ki, “İcraçı Kredit Agentliyi”nin nizamnaməsinə əsasən əkinçilik sahələrində çalışan fermerlərə kredit illik 10 faiz həcmində verilir. Lakin fərdi sahibkarlığa, o cümlədən heyvandarlıq sahəsinə kredit 22-25 faizlə verilir. Qeyd olunur ki, “İcraçı Kredit Agentliyi” banklara və Bank Olmayan Kredit Təşkilatlarına ayrılan kredit vəsaitləri əkinçilik sahəsinə ayrılan kredit olaraq 10 faizlə sənədləşdirilir. Bu zaman öncədən Arif Əliyev və Abbas Allahverdiyev banklardan və Bank Olmayan Kredit Təşkilatlardan 5-10 faiz həcmində В«şapkaВ» alırlar. Banklar və Bank Olmayan Kredit Təşkilatlar isə öz növbəsində verilən kreditləri fərdi sahibkarlığa və heyvandarlıq sahələrinə ayrılan kredit olaraq sənədləşdirərək vətəndaşlardan 22-25 faiz alırlar. Eyni zamanda Banklar və Bank Olmayan Kredit Təşkilatlar verilən kreditlərinin 5-10 faizi həcmində vətəndaşlardan В«şapkaВ» alırlar.

Mənbəmiz iddia edir ki, Arif Əliyev kredit təşkilatlarının bu maxinasiyasından xəbərdar olduğu üçün hər bir təşkilatdan ayrılna vəsaitlər üçün “öz faizini” alır. “İcraçı Kredit Agentliyi”nin yerli nümayəndələri isə sahibkarlar, fermerlərlə yanaşı həmdə sadə vətəndaşlarada kreditlər verirlər, əvəzində isə vətəndaşın əmək haqqı yaxud müavinat kartını girov kimi saxlayırlar.

Daxil olan məlumatda iddia olunur ki, Arif Əliev həyata keçirdiyi maliyyə maxinasiyalarına ortaq olan və bu məsələlərdə “İcraçı Kredit Agentliyi”nin rəhbərliyinin arxasında dayanan şəxsin isə məhz Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyinin baş direktoru Abbas Allahverdiyevin olduğu bildirilir.

Qeyd edək ki, “İcraçı Kredit Agentliyi”nin rəhbərliyində təmsil olunan şəxslərin əldə etdikləri kreditlər, həmçinin Arif Əliyevin agentliyin sayəsində əldə etdiyi böyük biznes sahələri ilə bağlı göndərilən məlumatlarla bağlı araşdırmalarımız davam edir və növbəti saylarımızda oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırırq…

Geri qayıt