Əsas Səhifə > Güney Press / Ana xəbər > Baş redaktoru qəzaya salan avtoş kimin oğludur?
Baş redaktoru qəzaya salan avtoş kimin oğludur?21-01-2014, 12:25 |
|
Xəbər verdiyimiz kimi yanvarın 14-də saat 13 radələrində Milli Məclisin qarşısında 4 avtomobilin bərk əzilməsi ilə nəzicələnən ağır yol qəza hadisəsi baş verib. Mehdi Huseyn küçəsi ilə yüksək sürətlə hərəkət edən son model AUDİ markalı 10 DV 050 nömrə nişanlı avtomobilin sürücüsü 19 yaşlı Hüseynzadə Emil Vaqif oğlu, avtoş dostuna məxsus 90 VX 044 nömrə nişanlı avtomobillə avtoşluq edib. Lakin Emil Hüseynzadə idarəetməni itirərək qarşıda öz sürəti ilə hərəkət Bizimxeber.az saytının baş redaktor Ədil Hüseynlinin avtomobilini arxadan vurub. Nəticədə Ədil Hüseynliyə məxsus “Hundai” markalı avtomobil abağa uçaraq səkiyə çırpılaraq dayanıb. Hazırda qəza ilə bağlı Səbail polis idarəsində təhqiqat işi başlanıb. Təhqiqat işini baş təhqiqatçı Cavid Hüseynov aparır. İdarədən verilən məlumata görə, qəza ilə əlaqədar DYP-yə sorğu gondərilib ki, lazımi sənədlər toplansın və polis idarəsinə verilsin. Amma hələ də cavab verilməyib. Məlumata görə, hadisə ilə bağlı DYP 3 maşın yararsız hala düşsə də, 10 DV 050 nomrə nişanlı AUDİ A5 markalı avtomobilin sürücüsünə 4 bal və 100 manat cərimə yazaraq elə həmin gecə (14 yanvar 2014-cu ildə) cərimə meydançasından çıxarıblar. Bu isə qanunlara ziddir. Maraqlıdır, DYP hansı qanun və əsasla bu cür ağır qıza torətmiş sürücünü 4 ball və 100 manatla cərimlələyib? Axı, bu, sıradan bir hadisə deyil. Hazırda da baş redaktorun gözündə və başında bərk ağrılarla müşaiyət edilən ciddi problemlər var. Ədil Hüseynli bir həftədir işə çıxa bilmir, gözündəki ləkələrin təmizlənməsi üçün əməliyyat olunması planlaşdırılır. Hadisəni törədən tərəf və onların maşınını sığorta edən “Atəşgah sığorta” isə sadəcə vaxt udmaqla məşğuldur. Qeyd edək ki, hadisəni törədən Emil Hüseynzadə tanınmış biznesmen Vaqif Hüseynovun oğludur. Bu günə kimi Vaqif Huseynov hadisə və xəsarət alan baş redaktorla maraqlanmayıb. Geri qayıt |