Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlının icra başçısının В«dejurnı pullarıВ»...
Saatlının icra başçısının В«dejurnı pullarıВ»...21-01-2014, 11:15 |
|
Ötən günlərdə Saatlıda icra başçısı ilə sahibkarlar arasında ciddi narazılığın yaranması barədə məlumat yayılmışdı. Həmin məlumatdia deyilirdi ki, icra başçısı Siraqəddin Cabbarovla yerli sahibkarlar heç bir şəkildə yola getmirlər. Səbəb isə icra başçısının sahibkarlardan pul tələb etməsi və bu baş tutmadıqda onlara maneçiliyin yaradılmasıdır. TİA.AZ-ın araşdırmasına görə, Saatlıda baş verənlər təkcə bununla yekunlaşmır. Məsələ belədir ki, icra başçısı Siraqəddin Cabbarov həmçinin başqa yollarla da pul qazanmaqla məşğuldur. Təbii ki, həmin yolların başında büdcə pullarının talan edilməsi dayanır. Araşdırmalara görə, təkcə 2012-ci ildə Saatlı rayonunda yüz minlərlə manat büdcə vəsaiti müxtəlif adlar altında silinib. Bu zaman icra başçısının əsas В«mənbəyiВ» isə yerli icra nümayəndəlikləri olub. TİA.AZ-ın əldə etdiyi məlumatlara görə, qeyd olunan ildə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Xanlar kənd İcra Nümayəndəliyinə avadanlıqların satın alınmasına 2096 manat vəsait ayırıb. В«RİR-MВ» MMC tərəfindən həyata keçirildiyi bildirilən prosesin əslində kağız üzərində belə olduğu vurğulanır. Ancaq bu tip proseslər ilboyu davam edərək, Saatlının bütün kəndlərini əhatə edib. Məsələn, rayonun Əbilkənd kənd İcra Nümayəndəliyinə inventarların satın alınması adı altında "Sevil-S" MMC vasitəsi ilə 3026 manat pul ayrıldığı sənədlərdə əksini tapsa da, realda həmin inventarların alınmasını yerli icra nümayəndəliyi özü həyata keçirib. Analoji vəziyyət Saatlı şəhər İcra Nümayəndəliyində yaşanıb ki, bu zaman abadlıq işlərinin satın alınması adı altında "Muğan" LTD-nin əliylə 10076 manatın axırına çıxılıb. Eyniylə Qara Nuru kənd İcra nümayəndəliyində də bu cür hal yaşınıb ki, həmin proses zamanı yenə "Sevil-S" MMC-nin əliylə inventarların satın alınması işləri həyata keçirilib və 2912 manat pul büdcədən silinib. TİA.AZ-ın araşdırmalarında o da məlum olub ki, Saatlının İcra Hakimiyyəti bir neçə kəndin İcra Nümayəndəliyinə inventarların satın alınması altında da pul ayırıb. Məsələn, Şirinbəy kənd icra nümayəndəliyinə bu məqsədlə 2226 manat ("Sevil-S" MMC vasitəsi ilə), Mustafabəyli kənd icra nümayəndəliyinə 4999 manat ("Melioservi s TTT 2011-2015" MMC), Nərimankənd kənd icra nümayəndəliyinə 3000 manat ("Sevil-S" MMC), Əlisoltanlı kənd nümayəndəliyinə 4824 manat ("Ağa-TİS" MMC), Qıraqlı kənd icra nümayəndəliyinə 6478 manat ("Seka-YT" MMC) və Qaracalar kənd icra nümayəndəliyinə 5000 manat ("Seka-YT" MMC) pul ayrılıb. Sonuncu belə əməliyyat isə Dədə Qorqud icra nümayəndəliyi ilə həyata keçirilib ki, bu zaman sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması prosesi "Niyaz-AM" MMC vasitəsi ilə reallaşdırılıb. Həmin vaxt 2920 manatın aqibətinə В«aydınlıqВ» gətirilib. Rayondan gələn xəbərlərdə isə deyilir ki, Saatlının icra başçısı Siraqəddin Cabbarov bu cür pulları В«dejurnıВ» hesab edir. Daha doğrusu, icra başçısına pul lazım olduqda işçilərinə В«dejurnı pulВ» ayrılması göstərişləri verdiyi iddia olunur. Həmçinin TİA.AZ-a daxil olan məlumatlarda iddia olunur ki, ümumilikdə, Saatlıda büdcə pullarının siliniməsi üçün həyata keçirilən əməliyyatlar sırasında olduqca ilgincləri də var. Bununla bağlı apardığımız araşdırmalarda maraqlı məqamlar üzə çıxıb və yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |