Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Baş Baytarlıq İdarəsində işçilərin mükafatına əl qoyulub

Bakı Baş Baytarlıq İdarəsində işçilərin mükafatına əl qoyulub


21-01-2014, 11:13
Bakı Baş Baytarlıq İdarəsində işçilərin mükafatına əl qoyulub
PİA.AZ saytı bir müddətdir ki, Bakı Baş Baytarlıq İdarəsində baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar barədə silsilə yazılar dər c edir. Öncəliklə diqqət çəkdiyimiz xüsus ondan ibarətdir ki, paytaxt Bakının ərzaq təhlükəsizliyi məsələsində Bakı Baş Baytarlıq İdarəsinin rolu istisnasız böyükdür. Lakin bu qurumda baş alıb gedən qanunsuzluq və ciddi korrupsiya hallarının mövcudluğu çoxmilyonlu Bakı şəhərinin ərzaq təhlükəsizliyini doğurdan təhlükə altına atır.

Xatırladaq ki, elə bu ayın əvvəlində Xaçmazda meşə massivində mindən artıq at və eşşəklərin aşağı hissələrinin aşkarlanması təhlükəninin nə qədər böyük olduğunun göstəricisi oldu. Hər halda nə Respublika Baytarlıq İdarəsi, nə də Bakı Baş Baytarlıq İdarəsi həmin at və eşşək ətlərinin harda satıla bilməsi barədə heç bir açıqlama vermədilər. Bu isə o deməkdir ki, əgər baytarlıq idarələri bu ətlərin harda realizə olunduğunu bilmirlərsə, (hansı ki, bilməməlri ciddi şübhə doğurur), o zaman vəzifələrinin öhdəsindən gələ bilmədikləri ortadadır və dolayısı ilə bu Respublika Baytarlıq İdarəsinin ölkəninin qida təhlükəsizliyini qoruya bilmədiyinin bariz nümunəsidir.

Qeyd edək ki, çəkişmələr və korrupsiya bataqlığına çevrilən Bakı Baş Baytarlıq İdarəsindən PİA.AZ-a yeni məlumatlar daxil olmaqqdadır. Daxil olan son məlumatlarda bildirilir ki, bir müddət əvvəl yeni nazir tərəfindən rəisi dəyişdirilən Bakı Baş Baytarlıq İdarəsində problemlər və özbaşınalıqlar davam etməkdədir. Belə ki, öz intriqaları ilə bir neçə rəisi yola salmağa nail olan rəis müavini Adil Usubov yeni rəis Aslan Aslanovla anlaşa bilib və keçmiş rəislərdən fərqli olaraq Adil Usubov öz В«qazancınıВ» yeni rəislə paylaşmağa razılıq verib. Elə buna görə də Adil Usubov öz mövqeyini kifayət qədər möhkəmləndirə bilib.

Məlumata əsasən Adil Usubov özünə o qədər arxayındır ki, hətta təqribən iki ay əvvəl yeni Kənd Təsərrüfatı naziri Heydər Əsədovun işdən azad etdiyi baş mühasib Mina Daşdəmirovu yenidən müqavilə əsasında işə almaq üçün Aslan Aslanovun razılığını ala bilib. İşə qayıtdıqdan sonra Mina Daşdamirovanının Adil Usubovla birlikdə il işi baytarılıq idarəsinin işçilərinin bayram mükafatlarına əl qoymaq olub.

Daxil olan məlumata əsasən Həmrəylik günü və Yeni il münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyndən ayrılan 20 min manat mükafat paketinin yarısı mənimsənilib. Bu barədə məlumat verən mənbəninin bildirdiyinə görə Bakı Baş Baytarlıq İdarəsinin işçilərinə 10 min manat mükafat paylanıb və yerdə qalan 10 min manat isə Aslan Aslanov, Adil Usubov və baş mühasib və kassir arasında bölüşdürülüb.

Məlumatda o da bildirilir ki, Aslan Aslanov hər bir addımını Adil Usubovla razılaşdırır. Son hadisələrdən sonra Bakıdakı bütün dönərxanalardan kütləvi şəkildə pul yığımı başlayıb. Pulu vermək isməyənlər, və yaxud imkanları olmayan dönərxanalar isə bağlanılır. Mənbə bildirir ki, son iki həftədə Bakıda 60-a qədər dönərxana bağlanılıb. Bağlanılan dönərxanaların bəziləri baytarlıqda çalışan adamların yaxınlarına təklif olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt