Əsas Səhifə > Güney Press / Ana xəbər > Kərəm Həsənov jurnalisti necə fırlatdı?
Kərəm Həsənov jurnalisti necə fırlatdı?20-01-2014, 15:05 |
![]() Şirvanda fəaliyyət göstərən Regional İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abbasovla Əmlak Məsələləri Dövlət Komitəsi arasında iki aya yaxındır mübarizə gedir. JAM.AZ baş redaktora istinadən xəbər verir ki, Regional İnformasiya Agentliyinin rəhbəri iki ay bundan əvvəl sözügedən şəhərdəki Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən istifadəyə yararsız binadan özünə kiçik bir yer istəyib. Abbasov bildirir ki, məsələ ilə əlaqədar lazım olan bütün sənədləri hazırlayaraq GMDK-nin Şirvan Regional İdarəsinə təqdim edib. İlkin mərhələdə tərəflər arasında mübahisəli vəziyyət yaransa da, baş redaktorun ƏMDK-nin sədri Kərəm Həsənovla görüşündən sonra proses məcrasına düşüb. Ardından sənədləri qəbul edən Regional İdarə 3 gün ərzində məsələyə baxıb, müsbət cavab verəcəyini bildirib. Lakin həmin müddətdən 2 ay keçməsinə baxmayaraq, Ceyhun Abbasovun nə sənədlərini geri qaytarırlar, nə də obyekti özəlləşdirməsinə razılıq verirlər. Bu barədə baş redaktor deyir: В«ƏMDK-ya işçiləri Kərəm Həsənov görəsən, haradan gətirir? Yəqin, savadsızlar bazarı var və hamısını da oradan yığıblar. Bu adamlar mənim Iki ay bundan qabaq Shirvan S manatımı oğurlayıblar. Şirvan şəhərindəki Məmməd Əmin Rəsulzadə küçəsində istifadəyə yararsız binanın zirzəmisini özəlləşdirmək istəmdim. 1726 manat pul istədilər və onu da Kapital Banka ödədim. Amma nə obyekti, nə də sənədlərimi verirlər. Pulu ödəyənə gündən ƏMDK-yə zəng edirəm. Amma onlar bu gün, sabah deyərək, məni fırladırlar. Görəsən, bu alqı-satqı müqaviləsi nə qədər çətin işdir ki, iki aya hazırlayıb qurtara bilmirlər?В» Agentlik rəhbəri sonda bildirib ki, baş verənlərlə bağlı şikayətçi olmaqla yanaşı, ƏMDK-ni də məhkəməyə vermək niyyətindədir. Geri qayıt |