Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Səfər Əbiyevi hədəfdə saxlayan sirli qüvvə kimdir?

Səfər Əbiyevi hədəfdə saxlayan sirli qüvvə kimdir?


17-01-2014, 15:55
Səfər Əbiyevi hədəfdə saxlayan sirli qüvvə kimdir?
DİA.AZ: - Son günlər keçmiş müdafiə naziri Səfər Əbiyevə qarşı müxtəlif ittihamlar səsləndirilməkdədir ki, bunun da təsadüfi olmadığı üzə çıxır. Artıq bu barədə dövrü mətbuatda da müəyyən fikirlərə rast gəlinib. Və iddia olunur ki, keçmiş nazirə qarşı kampaniyanın arxasında konkret qüvvələr dayanır.

DİA.AZ-ın bu yöndə apardığı araşdırmalar isə ortaya ilginc faktları çıxarıb. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən informasiyaya görə, Səfər Əbiyev əslində vəzifədən alındıqdan sonra yeni təyinata ümidli imiş: В«Keçmiş naziri arxayın etmişdilər ki, ona yenidən vəzifə veriləcək. Bu, hələ harasıdır… Səfər Əbiyev vəzifədən alınacağına da inanmırdı və bu xəbəri eşidəndə şoka da düşüb. Yəni o qədər arxayın idi və prezidentlə arasında hər hansı problemin olmaması səbəbindən inanırdı ki, keçən ilin 22 oktyabr tarixində onunla bağlı hər hansı mənfi xarakterli qərar verilməyəcək.

Amma hər şey Səfər Əbiyevin gözləntilərinin əksinə oldu. Və 22 oktyabr tarixində onun yerinə polis sistemindən bir alternativ gətirildi. Əslində Zakir Həsənovun belə bir etimada layiq görüləcəyi gözlənilən idi. Mətbuatda barəsində gedən yazılara xüsusi həssaslıq nümüayiş etdirən, hətta oxunaqlı olmayan xəbər portallarındakı materiallara belə diqqət ayıran Zakir Həsənovun çox ciddi mənsəbə hazırlaşdığını təxminən təyinatdan 2-3 ay əvvəl də hiss etmək mümkün idi. Eyni zamanda Zakir Həsənov yaxın çevrəsini də belə bir təyinatın mümkünlüyü ilə bağlı bilgiləndirmişdi.

Deməli, tək məlumatsız olanı Səfər Əbiyev idi və baş verənləri şok effekti ilə qarşıladı. Amma onu yenə də yeni vəzifə ilə arxayın saldılarВ».

Məlumatlı mənbələr iddia edir ki, Səfər Əbiyevin gedişinə şərait yaradan, bunun üçün çaba səfr edən qüvvələr bu gün onun təkrar vəzifəyə gəlməsini əngəlləyirlər: В«Son günlər Milli Ordu sistemindəki həbslər də bununla bağlıdır. Diqqət yetirin, həbs olunan, rüşvətdə adı hallandırılanlar Səfər Əbiyevin ən yaxın adamlarıdır. Deməli, yenidən keçmiş nazirin etimada layiq görülməməsi üçün kimlərsə onun reputasiyasını birdəfəlik olaraq zədələməyi düşünürlər. Ona görə də Səfər Əbiyev hələ uzun müddət hədəfdə saxlanılacaqВ».

Xatırladaq ki, keçmiş müdafiə nazirinin nazirlikdən ayrılması planlaşdırılan və kifayət qədər səlahiyyətləri özündə birləşdiriləcək Baş Qərargaha rəhbər gətiriləcəyi haqda informasiyalar yayılmışdı.

Geri qayıt