Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfər Əbiyevə yaxın kadrların həbsi davam edəcək

Səfər Əbiyevə yaxın kadrların həbsi davam edəcək


17-01-2014, 13:17
Səfər Əbiyevə yaxın kadrların həbsi davam edəcək
Ali Hərbi Məktəbin tədris şöbəsinin keçmiş rəisi, mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanlarında onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparılır. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Ramiz Fərəməzovdan öncə Ali Hərbi Məktəbin sabiq rəis əvəzinə də yaxın günlərdə bir neçə ittiham irəli sürüləcək:

“Son günlər gündəmin ən diqqət edən mövzularından biri Müdafiə Nazirliyinin H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifovun həbsi oldu desəm, yəqin ki, yanılmaram. Bununla bağlı rəsmi açıqlama olduğuna görə əlavə nə isə demək istəməzdim. Yeganə deyə biləcəyim söz odur ki, M.Yusifova qarşı çox böyük ehtimalla yaxın vaxtlarda daha bir neçə ittiham irəli sürülə bilər. Bu onun 90-cı illərdə döyüş şəraitində olan Murovdağdakı hərbi hissəyə xidmətini davam etdirmək üçün getməməsi və Rusiya Federasiyası ərazisində gizlənməsi fakı üzrə başlanan cinayət işidir ki, yəqin ki, bu iş də bura əlavə ediləcək”.

Mayor Fərəməzova gəlincə hərbi jurnalist hesab edir ki, məsələlərin mətbuatda yazıldığı kimi Səfər Əbiyevlə əlaqəsi yoxdur:
“Mayor Ramiz Fərəməzovla bağlı məsələyə, bildiyim qədər onunla bağlı hələlik araşdırma aparılır və böyük ehtimalla o da etdiyi qanunsuzluqlara görə cavab verəcək. Bir də mən deyə bilmərəm ki, bu adam sabiq müdafiə naziri Səfər Əbiyevin adamı olub, ya olmayıb. Sadəcə məlumatım yoxdur deyə, konkret nə isə deməyə çətinlik çəkirəm.
Mən adamları konkret kiminsə adamı olmaları ilə bağlı fikirlərinə bir qədər fərqli yanaşıram. Əlbəttə ki, bu aydın məsələdir ki, əgər bu gün sabiq müdafiə naziri Səfər Əbiyev hələ vəzifəsində qalsaydı, yəqin ki, Mirzəli Yusifov da işdən azad edilməzdi. Amma bütövlükdə götürəndə bu sırf şəxsin etdiyi konkret əmələ görə başladılan cinayət işidir ki, məhz ona görə o həbsə alınıb. Yəqin ki, ona bu işdə yardımçı olan şəxsləri də məsuliyyətə cəlb ediləcəklər”.

Geri qayıt