Əsas Səhifə > Güney Press / Manşet > Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB...
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB...1-02-2023, 17:11 |
|
DİA.AZ: - "Naxçıvandakı ordu hissələrində xidmət edən hərbçilərdən biri olduqca maraqlı iddiamlar səsləndirib". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib. H.Oğuz həmin iddialara söykənərək yazır: "Ordu Komandanı Kərəm Mustafayev bu yaxınlarda yolda bir hərbi qulluqçunu saxlayıb, ondan əsgərin günün nizam qaydasın soruşub və o hərbi qulluqçu bilməyib. Kərəm Mustafayev də bütün qarnizona tapşırıq verib ki bütün zabit-gizir-maxe və qadın hərbi qulluqcular əsgərin günün nizamın qaydasını bilməlidir. Və 2 gündür ki, hərbi hissələrə iş saatı bitənə yaxın, yoxlamalar göndərib nizam qaydasın soruşdurur və bilməyənləri evlərinə buraxılmır. Hərbi hissədə nizam-intizam qaydasını hər kəsə əzbərlədir. Ən tezi gecə 11-də buraxır. Ac-susuz qalırıq burda. Hər gün bir hoqqa çıxarır..." Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |