Əsas Səhifə > Güney Press / Manşet > Nazir müavini vəzifəsindən alınır

Nazir müavini vəzifəsindən alınır


14-01-2014, 18:35
Nazir müavini vəzifəsindən alınır
DİA.AZ: - Ayrı-ayrı dövlət qurumlarında həyata keçirilən kadr islahatları dalğası Gənclər və İdman Nazirliyinə də (GİN) keçid ala bilər. Bildirək ki, prezident İlham Əliyevin 22 oktyabr sərəncamından sonra təsdiqlənən Nazirlər Kabinetinə aid bir sıra dövlət qurumlarında total kadr islahatlarına start verilib ki, məlum proses günü bu gün də davam etdirilir.

Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyaya görə, GİN-də əsasən orta məmur heyətində islahatın həyata keçirilməsi və eləcə də GİN-in rayonlardakı şöbələrinin bəzilərinin yenidən qurulması planlaşdırılır.

Bu məlumatı verən qaynaq bildirdi ki, amma islahatlar tək xırda ranqlı çinovniklərin dəyişdirilməsi və yaxud da yer dəyişməsi ilə məhdudlaşmayacaq: В«Eyni zamanda hazırda gənclər və idman nazirinin müavini postunu tutan şəxslərdən biri də vəzifəsindən alına bilərВ».

Mənbəmiz həmin şəxsin nazir müavini İsmayıl İsmayılov olduğunu bildirməklə yanaşı, onu da əlavə etdi ki, kimsə təsadüfən В«vurulmurВ»: В«Həm nazir müavini və həm də hədəfə çevrilən digər vəzifəlilər səbəbli olaraq görəvdən alınacaqВ».

Onu da əlavə edək ki, redaksiyamıza GİN daxilində baş verən bir sıra ilginc olaylarla bağlı da əlavə məlumatlar verilib. Yaxın vaxtlarda həmin informasiyaları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt