Əsas Səhifə > Güney Press / Manşet > Oğuz icra hakimiyyətin saraydaxili çəkişmə

Oğuz icra hakimiyyətin saraydaxili çəkişmə


13-01-2014, 18:46
Oğuz icra hakimiyyətin saraydaxili çəkişmə
DİA.AZ: - Artıq rayon icra hakimiyyətləri daxilində toqquşmalar ənənə halını alıb. Bildirək ki, bir neçə rayonda anoloji hal hökm sürməkdədir. Və belə bir təəssürat yaranır ki, sanki icra başçıları ilə birinci müavinlər bir-birilərinə qənim gəliblər. Bir neçə rayonda bu cür məmur toqquşması var ki, vəziyyətə hətta В«yuxarılarınВ» da müdaxiləsi yetərli hesab olunmur.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, saraydaxili çəkişmələrin daha bir ünvanı Oğuz rayon icra hakimiyyətidir. Bu barədə danışan rayondakı mənbənin sözlərinə görə, Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovla RİH başçısının birinci müavini Etibar Yusubov arasında çoxdandır çəkişmə var.

Mənbənin söylədikləri: В«Təbii ki, başçı ilə birinci müavinin davası pul üstündədir. Yəni münaqişə heç də iş şəraitində yaranmayıb ki, kimsə də buna normal yanaşsın və təbii qəbul etsinВ».

Mənbə iddia edir ki, söhbət təxminən rayon maliyyə şöbəsinin müdirinin iştirakı ilə büdcə pullarından mənimsənilən 300 min manatın üstündə başlayıb: В«Təxminən 4 ay əvvəl baş verən olay başçı ilə birinci müavini üz-üzə qoyduğundan indi onlar bir-birilərilə düşmən kimi davranırlar. Artıq Bakıda da məlum münaqişədən xəbərdardırlar. Hətta vəziyyət elə bir həddə çatıb ki, yeyintidən pay ala bilməyən birinci müavin başçıdan yuxarılara В«məlumatВ» da ötürməyə başlayıbВ».

Mövzu diqqətimizdədir. Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt