Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağcabədinin icra başçısı 5 uşaqlı qadını ölüm həddinə çatdırdı
Ağcabədinin icra başçısı 5 uşaqlı qadını ölüm həddinə çatdırdı13-01-2014, 10:08 |
![]() Ağcabədi rayon sakini, 5 uşaq anası iAbdullayeva Arzu Müslüm qızı qarşılaşdığı məmur özbaşınalığı ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyeevə və öllkəninin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Bu barədə PİA.AZ-ın bölgə müxbirinə danışan Arzu Abdullayeva bildirib ki, oartıq özünü yandırmaq həddinə çatıb. Şikayətçi bildirir ki, o 5 uşaq anasıdır, 3 qızı iki oğlu var. Əri 10 il əvvəl onları ataraq Rusiyaya gedib və bir daha haqqında məlumat ala bilməyiblər. Arzu xanımın böyük qızı ödənişli təhsil alır və hər il kasıb ailə buna görə 2 min dollar ödəyir. Bu isə onların imkanları xaricindədir. Çünki uşaqların heç biri çalışmadığı üçün ailənindolanışığı çox ağırdır. Arzu xanımın sözlərinə görə o bir müddət əvvəl Ağcabədi rayon İcra hakimiyyətinin başçısından evinin yaxınlığında gözəllik salonu açmaq üçün kiçik bir yer istəyib. Onu dinlədikdən sonra icra başçısı Şahin Məmmmədov birinci müavini Rövşən Əhmədova qadına kömək etməyi və istədiyi torpaq sahəsini ona verməyi tapşırıb. Bir neçə gündən sonra isə Rövşən Əhmədov Arzu Abdullayevanı çağıraraq bildirib ki, onun istədiyi yer park ərazisi olduğundan həmin ərazidən torpaq sahəsi ayıra bilməz. Şikayətçinin etirazlarını dinləmək istəməyən birinci müavin 5 uşaq anasını təhqir edərək otağından qovub. Daha sonra isə məlum olub ki, Rövşən Əhmədov park ərazisi olaraq dediyi həmin torpaq sahəsini elə Arzu Abdullayevanın qonşusu Habil Səfiyevə satıb. Habil Səfiyev isə öz növbəsində Arzu Abdullayevaya bildirib ki, o icra başçısının birinci müavini Rövşən Əhmədova 10 min manat verib və həmin torpaq sahəsində dükan tikəcək. Arzu Abdullayevanın bildirdiyinə görə Habil Səfiyevin Ağcabədidə bir neçə ticarət və başqa bizneç sahələri var. Böyük ehtiyac içində yaşadığını bildirən Arzu Abdullayeva icra başçısı Şahin Məmmədova yenidən müraciət etsə də, onun şikayətinə qulaq verən olmayıb. Arzu xanım bildirir ki, o ağır şəraitdə yaşayır və həmin ərazidə uşaqlarına bir tikə çörək qazanmaq üçün borc-xərclə kisik bir В«gözəllik salonuВ» açmaq istəyirdi. Lakin Rövşən Əhmədov bunu belə ona çox görərək sonunucu ümidini əlindən alıb və həmin torpaq sahəsini sərvəti başından aqan bir başqasına satıb. Arzu xanım bildirir ki, o, Rövşən Əhmədovdan həyətyanı sahəsinin böyüründəki yeri ona ayırmağı xahiş etsə də, Rövşən Əhmədov ona qarşı yenidən kobudluq edərək В«yoxВ» cavabı verib. Lakin bu hələ Arzu xanımın probleminin hamısı deyil. Arzu xanımın bildirdiyinə görə mübahisəli məsələ yarandıqdan sonra Rövşən Əhmədov onların həyətlərinin bir hissəsinin də daxil olduğu ərazini yenidən dükan tikmək üçün başqa birisinə satıb. Hazırda ərazini alan adam Arzu Abdullayevanın hasarını sökəcəyini bildirir. Bütün bunları PİA.AZ-ın bölgə müxbirinə anladan Arzu Abdullayeva bildirib ki, prezidenti İlham Əliyeevə və öllkəninin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Əgər bundan sonra da onun şikayətinə ədalətlə baxılmayacağı təqdirdə onun Ağcabədi İcra akimiyyətinin qarşısında özünü yandırmaqdan başqa çarəsi qalmayacaq. Çünki o artıq 5 həddi-buluğa çatmamış uşağını dolandıra bilmir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |