Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > "Ata Holdinq"in nəzdində 2 gizli holdinq hansı məqsədlə yaradılıb?

"Ata Holdinq"in nəzdində 2 gizli holdinq hansı məqsədlə yaradılıb?


9-01-2014, 17:38
"Ata Holdinq"in nəzdində 2 gizli holdinq hansı məqsədlə yaradılıb?
DİA.AZ: - Vergilər Nazirliyi simmetrik oxşar iki holdinq şirkətini qeydiyyata alıb. Onlarda olan iri kapitallı 12 şirkətin rəhbəri eyni adamdır və onlar eyni ünvanda yerləşir.

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatına görə, “Blossom Group” MMC və “Platek Group” MMC-yə Ruslan Əhədov rəhbərlik edir, onlar Bakı, S.Rüstəm, 9 ünvanında yerləşir. Maraqlıdır ki, bu biznes mərkəzdə “AtaHolding” ASC-nin bir sıra şirkətləri yerləşir. DİA.AZ bildidir ki, məlumatlı mənbə Turan-a verdiyi xəbərə görə, В«yeni şirkətlər buraya bağlıdırВ». Şirkətlərin hər birinin ödənilmiş nizamnamə fondu 10 000 manatdır. В«Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqındaВ» qanuna əsasən, 2012-ci ilin iyunundan şirkətlərin təsisçiləri və pay iştirakı barədə məlumat məxfi sayılır.

“Blossom Group” MMC və “Platek Group” MMC-dən başqa, “Blossom Property”, “Blossom Pack”, “Blossom Mart”, “Blossom House”, “Blossom Capital” və s. şirkətlər yaradılıb. Naməlum qalmaq istəyən mənbə Turan-a bildirib ki, 2013-cü ilin IV rübündə qeydiyyata alınan şirkətlər barədə məlumat indi verilib.

Ötən ilin noyabrında “Azerbaijan Global İnvestments” investisiya şirkəti yaradılmışdı (ödənilmiş nizamnamə fondu 100 000 manat). Turan-ın mənbəyi qeyd edib ki, adı çəkilən iki qrupu bu şirkət idarə edəcək.

Geri qayıt