Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Saxta maliyyə hesabatı verən icra başçısı həbs oluna bilər
Saxta maliyyə hesabatı verən icra başçısı həbs oluna bilər9-01-2014, 16:44 |
![]() DİA.AZ: - Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov həbs oluna bilər. Bu şok məlumatı DİA.AZ-a çatdıran bilgili qaynağın söylədiklərindən belə anlaşılır ki, RİH rəhbəri keçən ilin yekunları ilə bağlı verdiyi hesabatında böyük yanlışa yol verib ki, bu YANLIŞ da əslində dövlət büdcəsindən ayrılan ümumi vəsaitlərdən təxminən 1 milyon manatının mənimsənilməsi anlamına gəlir. Redaksiyamıza daxil olan informasiyaya görə, ötən ilin yekunları ilə bağlı Saatlı rayon icra hakimiyyətinin maliyyə nazirliyinə verdiyi hesabatında qanun pozuntuları aşkarlanıb: В«Hesabat çox kobud yanlışlıqlarla zəngindir. Ola bilsin ki, Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri Saatlı rayon icra hakimiyyətində yoxlamalar aparsınlar. İlk siqnal var. Qərar vverilsə, hətta yoxlamaların yekunu olaraq icra başçısı Siraqəddin Cabbarovun və həmçinin, rayon maliyyə şöbəsinin müdirinin həbsi qaçılmaz olacaqВ». Xatırladaq ki, anoloji problemlər daha bir neçə rayonda da yaşanmışdı. Lakin sonradan В«müdaxilələrВ» nəticəsində həmin rayonlar üsu üzünə çıxmağaВ» müvəffəq olmuşdular. Amma Siraqəddin Cabbarovun durumunun daha ağır olduğu söylənilir. Geri qayıt |